Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-244/2025 12.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Salyan rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Hacıqabul rayonu Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Hacıqabul şəhəri, Nizami küçəsi, mənzil 3-də Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, Babayeva X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Hacıqabul şəhəri, Nizami küçəsi, mənzil 3-də Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Nəticədə, Babayeva X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə evdə yarma bişirərkən əri Telmanın keçmiş arvadı Kamilə onlara gəlmiş, onunla mübahisə yaratmışdır. Kamilənin ondan evdən çıxmasını və ya 10 min manat pul verməsini tələb etmişdir. Kamilənin hər dəfə gələrək onun əşyalarını dağıtmasını, xəstə olduğunu, işləmədiyini, polisə dəfələrlə müraciət etdiyini, lakin baxılmadığını bildirmişdir. Həmin evdə kirayə qaldığını və 10 min pul verməyə imkanı olmadığını ifadəsində göstərmişdir. Kamilənin mübahisə zamanı onun kürək nahiyəsinə evdəki alətlə zərbə vurduğunu iddia etmişdir. Mübahisədən sonra Kamilənin onun bişirdiyi yarmanı dağıtdığını və şəkillərin olduğunu qeyd etmişdir. Kamilənin onun səsini yazdığını bildirərərək onun mobil telefonunu alaraq küçəyə çıxmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2010-cu ildə Telmanla rəsmi boşanmış, məhkəmə həmin ünvanda uşaqları ilə yaşamaq hüququ vermişdir. Lakin, həmin ünvanda mütəmadi yaşamır, hərdən gəlib-gedir. Tərəflər hər dəfə gələndə mübahisə yaradır. xx.xx.2025-ci il tarixdə saat 10 radələridə yenə həmin ünvana getmiş, lakin Telmanın arvadı Rəfiqə onunla mübahisə etməyə başlamış və oraya gəlməməsini bildirmişdir. Ona izah etmişdir ki, məhkəmə ona yaşamaq hüququ vermiş və burada otağı vardır. Lakin, Telmanın indiki həyat yoldaşı onunla mübahisə edərək sinəsindən itələmiş, ona əl-qol atmış, həmçinin qoluna çırmaq atmış və tutub çölə çıxardaraq telefonla başına vurmuşdur. Buna görə də, “102” xidmətinə zəng edərək məlumat vermişdir. Evə gəlməsinin səbəbi isə oğlunun şəxsiyyət vəsiqəsini götürmək olmuşdur. Şəxs isə ona heç bir şey verilməyəcəyini bildirmişdir. Bundan sonra, Rəfiqənin bacısına zəng edərək həmin vəsiqənin vacib olduğunu, oğlunun müddətdən artıq hərbi xidmət keçmək istədiyini bildirmişdir. Yarmanı dağıtmadığını, Şəxs əl qaldırmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 416 saylı rəyində Zərərçəkmiş şəxs obyektiv müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ mil-biləkdə sıyrıq müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gələ biləcəyi qeyd edilmişdir. Müddəti 04 avqust 2025-ci il tarixə uyğun gələ bilər. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-244/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-244/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver