Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-245/2025 24.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 11 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 18 radələrində Hacıqabul şəhərində qohumu Zərərçəkmiş şəxs məxsus müxtəlif ölçülü 2 ədəd plastik borunu və plastik dirsəyi qəsdən yararsız hala salaraq sonuncuya ümumilikdə 52,40 manat maddi ziyan vurmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, icazəsiz olaraq onun həyətindən plastik borular keçirdiyi üçün həmin boruları qırmışdır. Dəymiş zərəri aylıq 5 manat olmaqla ödəmək imkanında olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qabaqcadan məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda qərardan müəyyən edilir ki, hadisə nəticəsində plastik borular və 3 ədəd plastik dirsəyə dəymiş zərər ümumilikdə 52,40 manat məbləğində olması qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, hadisə yerindəki borulara baxış keçirilərkən protokla əlavə edilməsi məqsədi ilə çəkilmiş fotoşəkillərin çap edilməsi texniki səbəblərdən mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarından cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda zərərçəkmiş ona dəymiş zərərin əvəzini tələb etdiyindən, Şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 52,40 (əlli iki manat qırx qəpik) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətalanı törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 52,40 (əlli iki manat qırx qəpik) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 52,40 (əlli iki manat qırx qəpik) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilsin. Qərarın icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-245/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-245/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver