Məhkəmə qərarları › İş №3(071)-248/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-248/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-248/2023 04.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərər çəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi 17də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 04 avqust 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə keçmiş həyat yoldaşı X6 Hacıqabul şəhəri, H.Həmidov küçəsində nalayiq ifadələrlə təhqir etmişdir. Beləliklə də, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 izahatında göstərdi ki, X7 xx.xx.2023-cü il tarixdə keçmiş həyat yoldaşı X6 Hacıqabul şəhəri, H.Həmidov küçəsində “Kolxoz” bazarının arxasında nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 özünü təqsirli bilərək izahatında göstərdi ki, Hacıqabul şəhərində “Kolxoz” bazarı adlanan yerdə ayaqqabı təmiri ilə məşğuldur. X9 onun keçmiş həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə evə gələrkən H.Həmidov küçəsində tanımadığı bir adamın onun uşağını təhqir etdiyni görmüşdür. X9 ilə buna görə mübahisə etmiş və həmin vaxtı əsəbi olduğundan onu söyüb təhqir etmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında bildirdi ki, X7 onun keçmiş həyat yoldaşıdır. Onunla aralarında hər dəfə aliment üstündə mübahisəsləri olur. xx.xx.2023-cü il tarixdə Səxavət Hacıqabul şəhəri, H.Həmidov küçəsində “Kolxoz” bazarının arxasında azyaşlı uşağının gözü qarşısında onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu hərəkətlərinə görə onu bağışlamır. Onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiradedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Bəhruz Əliyev həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar