Məhkəmə qərarları › İş №3(071)-249/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-249/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-249/2023 07.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X8, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Hacıqabul şəhəri, Xətai küçəsi ev 5, mənzil 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, Xətai küçəsi ev 5, mənzil 12-də keçmiş həyat yoldaşı X3 döyməklə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X12 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində keçmiş həyat yoldaşı X3 vuraraq xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Hacıqabul şəhəri, Xətai küçəsi ev 5, mənzil 12-də keçmiş həyat yoldaşı X4 ilə birgə yaşayır. Məhkəmə qətnaməsi ilə aralarında olan nikah ləğv edilmişdir. Özü aradabir spirtli içkilər qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə evə gedib, yaşadıqları evdə keşmiş həyat yoldaşı Samirə Qəhrəmanovayla aralarında telefon üstündə mübahisə etmiş və aralarında yaranmış münaqişə zamanı Samirənin sifət nahiyyəsinə və sol qoluna bir neçə zərbə vurmuşdur. Əməlindən peşman olmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, o, Hacıqabul şəhəri, Xətai küçəsi ev 5, mənzil 12-də keçmiş həyat yoldaşı Şəxs ilə birlikdə yaşayır. Aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. Həmçinin məhkəmə qətnaməsi ilə o, həmin evə köçürülmüşdür. İlqar uzun müddətdir ki, spirtli içki qəbul edir, nikahlarının pozulmasına da səbəb məhz onun spirtili içki aludəçisi olması olmuşdur. Hər dəfə sərxoş gəlib evdə onunla münaqişə yaradır. 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində İlqar sərxoş vəziyyətdə evə gələrək ondan yaşadıqları evdən çıxıb getməsini tələb etmiş, aralarında yaranmış münaqişə zamanı İlqar onun sifətindən və qolundan vuraraq xəsarət yetirmişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun həbs olunmasını istəyir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 358 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət – sol bazunun orta-aşağı 1/3 də qançır küt əşya təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən 24 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:00-da tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyləri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar