Məhkəmə qərarları › İş №3(071)-251/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-251/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-251/2024 14.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə X3 əmlakına qəsdən zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTBnin sahə rəisi Cəmallədin Rzayev tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, X4 ilə 7 ildir nikahdadır. Hadisədən təxminən 15 gün əvvəl o, ziyarətə gedərək bir daha spirli içki içməyəcəyinə and içmişdir. Bundan sonra o, N.Novruzovanın mobil telefonunda onun İlham adlı şəxslə yazışmasını görmüş və bundan əsəbləşərək sonuncunu döymüşdür. Bundan sonra N.Novruzovanın qardaşı onu atasının, yəni Rüstəmov Qadirin evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə o, N.Novruzovanın atası Q.Rüstəmova məxsus evə getmiş, onları nalayiq ifadələrlə təhqir etmiş və qapını çırparaq getmişdir. Həmin vaxt qapının petləsi sınmışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs onun yaşadığı evə gələrək onları nalayiq ifadələrlə təhqi etmiş və qapını çırparaq getmişdir. Həmin vaxt qapının petləsi sınmışdır. Bununla əlaqədar ona 4 manar maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qanunun qeyd edilən normasından məlum olur ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə o halda inzibati məsuliyyətə səbəb olur ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan az miqdarda olsun. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan 4 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan cuzi məbləğ təşkil etdiyindən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə inzibati xəta tərkibi mövcud deyil və bu səbəbdən inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar