Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-253/2024 01.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, X5 Protokolu tərtib etmiş Hacıqabul rayonu YPX-i inspektoru polis baş serjantı X1 və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli X5 protokoldan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli X5 protokola əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 150 manat cərimə tənbehi tətbiq edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, Hacıqabul rayonu YPX-i inspektoru polis baş serjantı X1 İXP ******* saylı protokolunun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonu YPX-i inspektoru polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli X5 protokola əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 150 manat cərimə tənbehi tətbiq edilmişdir. X5 protokol qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə dostu Məmmədov Əlipənaha məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı avtombillə hərəkətdə olarkən heç bir qayda pozuntusuna yol vermədiyi halda DYPİ-nin YPX-nin serjantı tərəfindən ona saxla işarəsi verilmişdir. O, avtomobili saxlamış və ona yaxışlaşan serjant rütbəsində olan əməkdaş ona qayda pozuntusuna yol verdiyini, daha sonra isə polis əməkdaşı avtomobilin alt hissəsinə baxaraq işlənmiş qazları xaric etmə sistemində kustar üsulla dəyişdirildiyini bildirmişdir. O, buna etiraz etmiş, mütəxəssiz çağırmasını bildirmiş, lakin polis əməkdaşı onun sözünə əhəmiyyət vermədən, heç bir səbəb olmadan avtomobili Hacıqabul rayonu polis şöbəsinin duracağına aparmışdır. Məhkəmə iclasında protokolu tərtib edən Hacıqabul rayon YPX-nin inspektoru X3 izahat verərək bildirdi ki, şəxs qayda pozuntusu etdiyi üçün saxlanmışdır. Şəxsi saxladıqdan sonra maşının tüstü borusundan çıxan səs şübhə doğurmuşdur. Bununla əlaqədar avtomobil duracağa aparılmış və avtomobilin işlənmiş qazları xaric etmə sisteminə baxış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəy verərək tüstü borusunun kustar üsulla düzəldildiyini bildirmişdir. Bundan sonra şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Hazırda qeyd edilmiş nöqsanlar sürücü tərəfindən aradan qaldırılmadığı üçün avtomobil Hacıqabul RPŞ-nin duracağında saxlanılır. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, avtomobil onun Məmmədov Əlipanaha məxsusdur. Avtomobildə tüstü borusunun və mühərrikin dəyişdirilməsinə görə polis əməkdaşları onu saxlamışdır. Lakin o, heç bir dəyişiklik etmədiyini bildirmişdir. Avtomobili polis əməkdaşları Hacıqabul RPŞ-nin duracağına aparmışlar. Avtomobil hazırda polis şöbəsinin duracağındadır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul RPŞ-nin DYPB-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X5 qərardan çıxarışdan görünür ki, X4 İXM-in 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və həmin maddə ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi Famil Ələkbərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Rəy Aktından görünür ki, xx.xx.2024-cü il tarixdə “VAZ-21074” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssiz qismində baxış keçirdim. Baxış zamanı avtomobilin işlənmiş qazların xaric etmə sistemində səs boğucu, orta və arxa qazanların kustar üsulla hazırlanmış qazanlarla əvəz olunduğu aşkar olundur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların” Siyahısı barədə 1 saylı Əlavəsinin Vİ hissəsinin 4-cü bəndinə əsasən “mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə” avtomobilin istismarı qadağan edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri X5 iş üzrə protokolda (X5 iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi X5 iş üzrə icraata başlama səbəbidir. Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X4 tərəfindən idarə etdiyi Vaz 21074 markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunvericiliyin tələblərinə ziddi olaraq nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmış və xx.xx.2024-cü il tarixdə DİN-nin YPX-nin əməkdaşları tərəfindən qanuni şəkildə inzibati məsuliyyətə cəlb edilmişdir. O, idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozmuş, avtomobilin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığını dəyişdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-253/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-253/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver