Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-255/2022 28.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 7-ci tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi sürücü işləyən, Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 17:43-də “Kamaz 5511” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün hüququ olmadan (sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayon Atakişili kəndindən keçən hissəsində geriyə dönüb Bakı istiqamətində hərəkətdə olarkən bu zaman qarşıdan gələn X3 idarə etdiyi “BMW” markalı ** VS *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tin hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı özü xəsarət almasada, digər avtomaşında olan sərnişinlərdən bir qadın və bir uşaq yüngül bədən xəsarətləri almış, avtomaşınlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X6 xx.xx.2021-ci il tarixdə toplanmış HK-1- 891 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPXA 7-ci tağımın yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Barəsində olan inzibati cərimələri vaxtında ödəmədiyi üçün məhkəmə qərarına əsasən sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. xx.xx.2021-ci il tarixdə saat 17:43-də idarə etdiyi “Kamaz 5511” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayon Atakişili kəndindən keçən hissəsində geriyə dönüb Bakı istiqamətinə qayıtmaq istəyərkən qarşıdan gələn “BMW” markalı ** VS *** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşmasını nəzərə almamış və nəticədə həmin avtomobilin qabaq sağ tin hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı özü xəsarət almasa da, digər avtomaşında olan sərnişinlərdən bir qadın və bir uşaq yüngül bədən xəsarətləri almış, avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis baş serjantı X4 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Qurbanov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-255/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-255/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver