Məhkəmə qərarları › İş №3(071)-255/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-255/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-255/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğunda tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə güstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin 4 nümrəli regional sukanal idarəsinin Hacıqabul sukanal sahəsinin xidməti ərazisində olan su şəbəkəsinə qanunsuz qoşularaq suyu talaması nəticəsində ASC-yə 4903,2 manat ziyan vurmuşdur. Bu fakt üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi gündərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, uzun müddətdir ki, idarə etdiyi “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində su daşımaqla məşğuldur. Hacıqabul şəhəri V.Talıbov küçəsində yaşadıqları evin təqribən 30 metrliyində yanğın təhlükəsizliyi üçün çəkilmiş 100 mm-lik diametrdə su şəbəkəsi vardır. Təqribən 2020-ci ildən həmin şəbəkədən 40 mm-lik birləşmə qoşulmuş və həmin birləşmədən istifadə etmişdir. Lakin, həmin birləşmə o deyil, "xxxx" ASC-nin əməkdaşları etmişlər. Özü vətən müharibəsi iştirakçısı olduğu üçün mütamadi olaraq həmin xəttən götürdüyü suyu “Kamaz” markalı avtomaşınla Şəhidlər Xiyabanına və Hacıqabul rayon el qəbiristanlığında olan ağacları suvarmaq üçün aparmışdır. Onun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DVD diskdə olan videofayllardan görünür ki, "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsinin əməkdaşının Hacıqabul sukanal sahəsinin xidməti ərazisində, Hacıqabul rayonu, V.Talıbov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında olan küçədə yanğın təhlükəsizliyi üçün (hidrantlar) çəkilmiş su şəbəkəsinə qanunsuz müdaxilə halını aşkar etmiş, su şəbəkəsinə əlavə birləşmə qoşulduğu və həmin birləşmənin işlək vəziyyətdə olduğu, birləşmənin yanında isə Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu görünür. İş materiallarında olan "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsi Hacıqabul Sukanal İdarəsinin inventarizasiya aparılması haqqında xx.xx.2023-cü il tarixli aktından görünür ki, məqsədli araşdırma zamanı məlum oldu ki, Hacıqabul şəhəri, Vəfa Talıbov küçəsində Əlihəsənov Əli adlı abonentin ünvanının qarşısında yanğından təhlükəsizlik üçün quraşdırılmış hidrantın şəbəkə birləşməsindən qanunsuz olaraq 40 mmlik əlavə qoşqu qoşulmaqla istifadəsində olan ** BF *** nömrəli nişanlı Kamaz markalı, 10 tonluq su maşını ilə su satışı etmişdir. Bildirdiyinə görə hidrant çıxarıldıqdan sonra 2020-ci ildə birləşmə verilmişdir. Aşkarlanmış qoşulma xətti ləğv edilmiş və dəymiş ziyan hesablanmış və ziyanın 4903,2 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şəxs Hacıqabul rayon prokurorluğunda verdiyi izahatından görünür ki, yaşadığı fərdi yaşayış evinin qarşısında olan keçədə evdən 30 metr aralıda yanğın təhlükəsizliyi üçün çəkilmiş 100 mm-lik su şəbəkəsi vardır. O, həmin şəbəkəyə 2020-ci ildə müdaxilə etmiş və şəxsi istifadəsi üçün həmin şəbəkəyə 40 mm-lik əlavə birləşmə qoşmuşdur. Həmin birləşmədən götürdüyü sudan şəxsi həyətyanı sahəsində istifadə etmiş və ayda bir dəfə istifadəsində olan Kamaz markalı maşınla həmin şəbəkədən götürdüyü sudan şəhidlər xiyabanına aparmış, orada həmin sudan ağacların sulanması, qəbir daşlarının təmizlənməsi və s., məqsədlər üçün istifadə edilmişdir. O, həmin sudan şəxsi maraqları üçün istifadə edərək su satışını həyata keçirməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün inzibati araşdırma zamanı verdiyi izahatı, baxış keçirilməsi barədə akt, videogörüntü və digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar