Məhkəmə qərarları › İş №3(071)-256/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-256/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-256/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi “KAMAZ 65115” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 20:13:51-də Bakı-Qazax yolunun Bakı şəhəri Dəmiryolçular qəsəbəsi ərazisindən keçən hissəsində (Sanqaçal ərazisində) hərəkətdə olarkən il ərzində təkrar yük daşıma qaydasını pozaraq hərəkətini davam etdirmişdir. Baş X5 İdarəsinin Vİ tağımının yol patrul xidməti inspektoru, polis baş leytenantı X1 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 353.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Respublika ərazisində idarə etdiyi “KAMAZ 65115” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə mişar daşlarının daşınması fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “KAMAZ 65115” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Bakı şəhəri Dəmiryolçular qəsəbəsi ərazisindən keçən hissəsində (Sanqaçal ərazisində) hərəkətdə olarkən BDYPİ-nin YPXA-nın “Qaradağ” postunda YPX əməkdaşlıarı tərəfindən saxlanılmış və onun idarə etdiyi avtomaşın daşıdığı yükün çəkisini müəyyən edilməsi üçün tərəzi vasitəsi ilə çəkilmiş və avtomaşın ümumi çəkisinin 29210 kq olması müəyyən edilmişdir. İnzibati xəta hadisəsi Qaradağ rayonu ərazisinə düşdüyündən onun barəsində toplanmış materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinə vəsatətlə müraciət edərək barəsində olan inzibati işi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Hacıqabul rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində idarə etdiyi “SHACMAN” yük markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma qaydasını pozduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 600 manat inzibati cərimə tənbehi tətbiq edilmiş və o həmin cəriməni ödəmişdir. Odur ki, barəsində tənbeh tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ ( 5 saylı ASAN xidmət) tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək AF 016747 saylı, BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İ bəndinin görə daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Yol Patrul Alayı tərəfindən təqdim olunmuş **********006 qəbzdən görünür ki, Şəxs idarə etdiyi “KAMAZ 65115” yük markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 20.13.51-də yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəzidə çəkilmiş, avtomaşının ümumi çəkisi 29120 kq olmuşdur. Halbuki, üç oxlu Rusiya istehsalı olan avtomobillər üçün buraxıla bilən maksimum çəki 25000 kq-dır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində idarə etdiyi “SHACMAN” yük markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma qaydasını pozduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən – İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması- bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni il ərzində təkrar ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs əlavə tənbeh kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, əsas tənbeh kimi cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla, 1200 (min iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar