Məhkəmə qərarları › İş №3(071)-257/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-257/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-257/2025 17.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334- 1.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Vİİ X2 Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialını nəzərdən keçirib, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Vİİ X2 Xidməti Alayından daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:27 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Vİİ X2 Xidməti Alayı tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsinin sanksiyasında isə inzibati həbs növündə tənbeh nəzərdə tutulduğuna görə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol dərhal sonra baxılması üçün hakimə göndərilməli olduğu halda xx.xx.2025-ci il tarixdə qanunvericiliklə müəyyən olunmuş müddətdən sonra məhkəməyə göndərilmiş, inzibati qaydada tutma haqqında protokol tərtib edilməmiş, həkim komissiyasının rəyi alınmamış, eyni zamanda barəsində inzibati icraat aparılan şəxsin məhkəməyə təqdim edilməsi təmin olunmamışdır. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat materialı məhkəməyə natamam formada təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özü təqdim edilmədiyi halda işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Buna görə də çatışmazlıqlar aradan qaldırılması üçün iş geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334- 1.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair xx.xx.2025ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ Tağımına qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar