Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-26/2022 11.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayının 7-ci tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1980-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, Hacıqabul şəhəri X.Məmmədov küçəsi ev 20A-da qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci, 332.2-ci və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN BDYPİ YPXA-dan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03.01.2022-ci il tarixdə saat 15:15-də idarə etdiyi “Opel Zafira” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün hüququ olmadan (sürücülük vəsiqəsinin müddəti bitmişdir) Hacıqabul rayonu Pirsaat yaşayış məntəqəsindən Hacıqabul şəhərinə gedərkən Bakı-Qazax yolunun 99-cu km-də 2 tərəfli yolun ortasından icazə verilməyən yerdən manevr edib geriyə dönmək istərkən bu zaman eyni istiqamətdə arxadan gələn “Toyota Camry” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşmasını nəzərə almamış və həmin avtomobilin qabaq sağ qanadı ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən 03.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs oğlu məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, 03.01.2022-ci il tarixdə saat 15:15-də idarə etdiyi atasına məxsus olan “Opel Zafira” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Hacıqabul rayonu Pirsaat yaşayış məntəqəsindən Bakı-Qazax yolunun 99-cu km-də yolun ortasından icazə verilməyən yerdən manevr edib geriyə dönmək istəyərkən, eyni istiqamətdə arxadan gələn “Toyota Camry” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşmasını nəzərə ala bilməmiş və həmin avtomobilin qabaq sağ qanadı ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Hadisədən sonra sürücülük vəsiqəsinin müddətin bir neçə gün əvvəl bitdiyini öyrənmişdir. Hazırda sürücülük vəsiqəsini dəyişdirmiş və yeni vəsiqə əldə etmişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi 03.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 03.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs oğlu yalnız İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-26/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-26/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver