Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-262/2023 15.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şirvan şəhəri, l-t brahimov küçəsi ev 24, mənzil 84-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20-də Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda idarə etdiyi “Mercedes Benz” mikroavtobus markalı **-HP-*** dövlət qeydiyyat nişanı avtomobillə yolun qadağan olunmuş hissəsindən keçərək geriyə dönmək istəyən vaxt polis əməkdaşları tərəfindən saxlanılarkən, həmin vaxt avtomaşını YPX əməkdaşlarının üzərinə sürərək, uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20-də Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda idarə etdiyi “Mercedes Benz” mikroavtobus markalı **-HP-*** dövlət qeydiyyat nişanı avtomobillə qayda pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılarkən, həmin vaxt avtomobili polis əməkdaşlarının üzərinə sürmüş, uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes Benz” mikroavtobus markalı **-HP-*** dövlət qeydiyyat nişanı avtomobillə Nəvahi postundan yolun qadağan olunmuş hissəsindən dönüb geriyə Şirvan şəhərinə qayıtmaq istəyən zaman polis əməkdaşları ona icazə vermədikləri üçün əsəbləşərək gedib yolun dönməyə icazə verilən yerindən qayıdıb gəlib, uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş serjantı X1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda xidmətdə olarkən ağ rəngdə “Mercedes Benz” mikroavtobus markalı **-HP-*** dövlət qeydiyyat nişanı avtomaşının yolun qadağan olunmuş hissəsindən keçərək geriyə dönmək istədiyi görmüş, yolda hərəkət axınını nəzərə alaraq, baş verəcək yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə mikroavtobusun geriyə dönməsinə mane olmuşdur. Həmin avtomobili idarə edən, sonradan adının Ramal olduğunu bilən sürücü onun üzərinə maşın sürərək, söyüşlər söyməyə başlamış, polis əməkdaşları ilə birlikdə onu intizama dəvət etsələr də, Şəxs heç kimə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:40-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi inzibati xəta haqqında protokol, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 14 avqust 2023-cü il tarixdən saat 20:40-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(071)-262/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-262/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver