Məhkəmə qərarları › İş №3(071)-263/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-263/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-263/2023 15.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Beyləqan rayonu Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 15 avqust 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib olunmuş 15 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda etdiyi “Mercedes Benz 190” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına qayda pozuntusuna görə ona inzibati protokol tərtib edən YPX inspektoruna öz etirazını bildirərərk, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 11 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda etdiyi qayda pozuntusuna görə ona inzibati protokol tərtib edən YPX baş inspektoru polis mayoru Nadir Hüseynova öz etirazını bildirib, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023- cü il tarixdə idarə etdiyi “Mercedes Benz 190” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri istiqamətində hərəkətə olarkən avtomaşının ön qabaq buferi yerində olmadığı üçün Hacıqabul rayonu Nəvahi kəndində yerləşən BDYPİ YPXA-nın 720 saylı statisonar postunda YPX əməkdaşları tərəfindən saxlanılıb, barəsində inzibati protokol tərtib edilərkən, polislərə öz etirazını bildirərək onların tələblərinə tabe olmamışdır. Polis əməkdaşının öz qanuni vəzifəsini yerinə yetirdiyini anlayıb əməlindən peşmançılıq çəkmişdir. Odur ki, törətdiyi əməldən peşman olduğunu nəzərə alıb onun barəsində qanunla müəyyən edilmiş qaydada cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiradedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar