Məhkəmə qərarları › İş №3(071)-264/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-264/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-264/2025 05.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 nümayəndələri Nümayəndə3 və Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3-cü maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X3 tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 müfəttişi Nümayəndə3 Fərhad oğlu tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarından görünür ki, Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMC-yə məxsus marketlərin maye tullantılarının ətraf əraziyə axıdıldığı müəyyən olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 nümayəndəsi Nümayəndə2 izahatında inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tənbeh tədbirinin seçilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı Şəxs MMC-yə məxsus marketlərin maye tullantılarının ətraf əraziyə axıdıldığının müəyyən edilə bilinməməsinin əsas səbəbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməkdaşları tərəfindən qeyd edilən nöqsanın aradan qaldırılması olmuşdur. Belə ki, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, məhkəmə araşdırması müddətində Şəxs MMC bu vaxtdan səmərəli istifadə edərək Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən yayınmaq məqsədilə sözügedən ərazidəki çirkab suların yaranma mənbəyini aradan qaldırmışdır. Buna baxmayaraq, 17 sentyabr 2025-ci il tarixində keçirilmiş baxış zamanı həmin ərazidə çirkab sularının Şəxs MMC-yə məxsus obyektdən axıldığı müəyyən edilmiş, qeyd edilən halın təsdiqi üçün obyektin çöl hissəsindən inzibati xətanın törədildiyi ərazi videokamera vasitəsilə qeydə alınsa da, bilavasitə marketin daxilində videoçəkiliş aparmaq səlahiyyəti olmadığından inzibati xətanın konkret olaraq hansı şəxs tərəfindən törədilməsi materialda və videogörüntülərdə öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 nümayəndəsi Nümayəndə3 Fərhad oğlu izahatında bildirmişdir ki, ərazi üzrə hər ay monitorinq aparılır. Qeyd edilən monitorinq əsasnaməyə uyğun olaraq müfəttiş tərəfindən həyata keçirilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 17 sentyabr 2025-ci il tarixində keçirilmiş baxış zamanı həmin ərazidə çirkab sularının Şəxs MMC-yə məxsus obyektdən axıldığı müəyyən edilmiş, bununla bağlı Şəxs MMC-nin region müdiri Haldun Ağayev adlı şəxslə bilavasitə özü əlaqə saxlamış, sonuncuya araşdırmada iştirak etməsini təklif etmiş, lakin Haldun Ağayev bundan imtina etmişdir. Nəticədə, əraziyə ilkin baxış hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 müfəttişi Nümayəndə3 Fərhad oğlu tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, həmçinin əraziyə baxışdan, aktdan və s. məlumatlandırılmamışdır. Bundan başqa müvafiq obyektlər mülkiyyətçilərlə bağlanmış müqavilələrə əsasən Cəmiyyətin istifadəsinə verilmiş və qeyd olunan su axıntılarının yığılması ilə bağlı şomba ilə təmin etmək mülkiyyətçilərin öhdəliyindədir. Ona görə də protokolla razılaşmayaraq, hesab edir ki, hazırkı istinad edilən xəta ümumiyyətlə cəmiyyət tərəfindən törədilə bilməz. Digər tərəfdən isə Cəmiyyətin hansı vəzifəli şəxsi tərəfinən onun mənafeyi naminə xəta törədilməsi belə səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında materialda göstərilən yer Şəxs MMC-yə məxsus sahə olmamaqla, görüntülərdəki borulardan axan suyun mənbəyini belə müəyyən etmək mümkün deyil. Videogörüntüdə olan boruların marketlərlə hər hansı əlaqəsi yoxdur. Ümumiyyətlə qeyd olunan sahənin Şəxs MMC ilə bağlantısı yoxdur. Marketin işçiləri isə obyek sahibinin yaxınlıqda yerləşən yaşadığı evdə quraşdırılmış sanitar qovşaqdan istifadə edirlər. Odur ki, sadalanan xüsusatlara əsasən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəfləri və şahidləri dinləyib, xəta hadisəsinin aşkar edildiyi sahəyə tərəflərin iştirakı ilə yerində baxış keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 müfəttişi Nümayəndə3 Fərhad oğlu tərəfindən tərtib edilmiş 02 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus marketlərin maye tullantı sularının ətraf əraziyə axıdıldığı müəyyən olunmuşdur. Bununla da, Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 000835 nömrəli aktdan müəyyən edilir ki, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 nümayəndələri tərəfindən Hacıqabul şəhərində yerləşən Şəxs MMC-yə məxsus marketlərdə formalaşan maye tullantıların ətraf əraziyə axıdılması ilə bağlı daxil olmuş müşahidə məlumatı araşdırılmış, araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zamanı Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMC-yə (VÖEN **********) məxsus marketlərdə maye tullantılarının ətraf əraziyə axıdıldığı müəyyən olunmuşdur. Müəyyən edilmiş halla bağlı hər iki marketin mağaza müdirinə məlumat verilərək araşdırmada iştirak etməsi təklif olunsada, onlar araşdırmada iştirak etməkdən imtina etmişdir. Əlavə olaraq Şəxs MMC-nin region müdiri Haldun Ağayevin ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq araşdırmada iştirak etməsi təklif olunsa da, o, araşdırmada iştirak edə bilməyəcəyini şifahi olaraq bildirmişdir. Bununla da, Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Akt 2 nüsxədə tərtib olunmuş, ərazidə çəkilən fotoşəkillər və toplanmış material əlavə edilmişdir. Akt Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 nümayəndəsi Nümayəndə3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Sənan Eyubov və Hacıqabul rayon bələdiyyəsinin müavini Samir Həmidov tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 35 nömrəli sərəncamından müəyyən edilir ki, Şahid2 ünvan 1 ünvanında, ona məxsus 0,02 hektar torpaq sahəsi üzərində ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bu fakt həmçinin iş materiallarında olan “Obyektin Tikintisinə İcazə № 010” sənədi ilə də təsdiqini tapır. İcazə sənədindən görünür ki, tikilinin ümumi sahəsi 165,64 m² təşkil edir və təyinatı xidmət və ticarət obyekti kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şahid2 (İcarəyə Verən) ilə Şəxs (İcarəçi) arasında bağlanmış İcarə Müqaviləsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyekti 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Müqavilənin müvafiq bəndlərindən aydın olur ki, İcarəçi obyekti birbaşa ticarət fəaliyyəti məqsədilə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndindən müəyyən edilir ki, icarə haqqının ödənilməsi qaydası və məbləği tərəflər arasında razılaşdırılmışdır və 4000 (dörd min) manat məbləğin beş ayın icarə haqqı təminatı kimi İcarəyə Verənin hesabına köçürüldüyü göstərilir. Müqavilənin 5.2. bəndindən görünür ki, İcarəçi icarə müddəti ərzində obyekti lazımi qaydada saxlamağa, cari təmirini həyata keçirməyə və kommunal xərcləri (elektrik, qaz, su və s.) ödəməyə borcludur. Eyni zamanda, materiala əlavə edilmiş X10 (İcarəyə Verən) ilə Şəxs (İcarəçi) arasında bağlanmış İcarə Müqaviləsindən müəyyən edilir ki, ünvan 2ndə yerləşən qeyri-yaşayış obyekti 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Müqavilənin müvafiq bəndlərindən aydın olur ki, İcarəçi obyekti birbaşa ticarət fəaliyyəti məqsədilə istifadə etməyi öhdəsinə götürür. İş materiallarında olan və inzibati xəta haqqında protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsi tərəfindən çəkilmiş 01 ədəd videogörüntünün olduğu CD diskdəki audio-video yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilən zaman xx.xx.2025-ci il tarixli, 000835 nömrəli aktda qeyd olunan hallara uyğun olaraq Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMC-yə məxsus marketlərin maye tullantılarının çəkilmiş boru vasitəsi ilə təyinatsız axıdıldığının müəyyən olunduğu qeyd edilsə də, həmin çirkab suların Şəxs MMC-yə məxsus marketlərin binasından axıdıldığı videoçəkiliş zamanı aydın şəkildə göstərilməmişdir. Belə ki, videoçəkiliş zamanı Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMC-yə məxsus marketlərin yanında yerləşən çirkab suların axıdılması üçün nəzərdə tutulmuş ümumi açıq kanal (arx) sistemi və sözügedən marketlərin binası göstərilmiş, subyektiv fikirlərə əsasən maye tullantılarının qeyd olunan marketlərə məxsus sanitar qovşaqdan axıdıldığı iddia olunsa da, həmin çirkab suların hansı mənbədən və hansı istiqamətdə axıdıldığı aydınlaşdırılmamışdır. Məhkəmənin mülahizəsinə əsasən qeyd olunan 01 ədəd CD disk sübut qismində qəbul edilməmişdir. Odur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(071)-264/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 3(071)-264/2025 saylı inzibati iş üzrə mütəxəssis cəlb edilmiş, mütəxəssis qarşısına Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMC-yə məxsus olduğu iddia edilən ərazidə axıdılan maye tullantı sularının mənbəyinin müəyyən edilməsi, hadisə yerində müşahidə olunan kanal sistemi, şomba və boruların Şəxs MMC-yə məxsus sanitar qovşağa və ya başqa mənbəyə aid olub-olmamasının müəyyən edilməsi, axıdılan tullantı sularının Şəxs MMC-nin obyektindən birbaşa və ya dolayı yolla xarici mühitə tökülməsinin mümkünlüyü, hadisə yerinin fotoşəkillərində və aktda əks olunan vəziyyətlərə əsasən ərazidəki çirkab suların axıdıldığı kanal sisteminin texniki vəziyyəti və axıntının istiqamətinə dair sulların cavablandırılması Hacıqabul Su X2 İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, həmin qərardad üzrə baş tutan baxış zamanı Su X2 İdarəsindən Rəşad adlı şəxsin və protokolu tərtib etmiş qurumun nümayəndəsi iştirak etmişdir. Baxış zamanı bir mağazanın ümumiyyətlə sanitar qovşağının olmaması, digərinin isə sanitar qovşağın istifadəyə yararsız olduğu və sahibkar tərəfindən verilməməsi müəyyən edilmişdir. Lakin, təqdim edilmiş rəydə baxışın və baxış protokolunun tam əksi rəy verilmişdir. Odur ki, baxışı keçirmiş qurum tərəfindən tərtib edilmiş baxış protokolunun surətinin məhkəmə təqdim edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli qərardada əsasən Azərbaycan Dövlət X8nin tabeliyində X13 Xidmət Publik Hüquqi X15 X2 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Hacıqabul SMSİİ-nin rayon ərazisində heç bir kanalizasiya xidməti mövcud deyildir. Əhali və qeyri-əhali abonentlərinə kanalizasiya xidməti göstərilmir və bunun müqabilində vəsait alınmır. Hacıqabul rayonu ərazisində kanalizasiya şəbəkəsi olaraq kustar üsulla hazırlanmış açıq kanalizasiya arxları mövcuddur. Bunlar da, Hacıqabul SMSİİ-nin yox Hacıqabul rayon İcra Hakimiyyətinin balansında olan Mənzil- Kommunal Təsərrüfat İdarəsinin balansındadır. Hacıqabul SMSİİ-nin əməkdaşları bəhsi gedən 2 ədəd Şəxslər şəbəkəsinin rayon ərazisindəki filialına baxış keçirmişdirlər. Məlum olmuşdur ki, bu obyektlərin çirkab quyusu yoxdur və sanitar qovşağından tullantı suyu birbaşa yuxarıda sözügedən kanalizasiya arxına axıdılır. Hacıqabul SMSİİ-nin bu kanalizasiya arxlarına heç bir aidiyyəti olmadığı üçün buraya axıdılan çirkab su və tullantılar barədə hər hansı tədbir görmə səlahiyyətinin olmadığı qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, baxış da iştirak etmiş sözügedən 2 nəfər obyektin sahibkarı və icarə müqaviləsinin tərəfi olan Şahid1 və Şahid2 ifadə verməsi üçün şahid qismində işə cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş və Şahid1 və Şahid2 inzibati xəta haqqında iş üzrə şahid qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən 100.8 kv.m qeyri-yaşayış sahəsini icarəyə verənin adından Şəxs MMC-yə icarəyə vermişdir. O, sanitar qovşağı yox, ancaq obyekti icarəyə vermişdir. Həmin obyekt yaşadığı evin həyətində yerləşir. Marketdə işləyən işçilər isə təbii ehtiyaclarını ödəmək üçün özünə məxsus evdə yerləşən sanitar qovşaqdan istifadə edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, çirkab sularının yığılması üçün xüsusi qurğu olsa da, istifadə olunmur. Marketin içərisində sanitar qovşağı yoxdur. İşçilər əllərini yuduqdan sonra suyu vedrəyə yığırlar. Sonra həmin vedrəni üstü açıq kanalizasiyaya axıdırlar. O, Şəxs MMC-yə sanitar qovşağı təhvil verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən 145.44 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsini Şəxs MMC-yə icarəyə vermişdir. Çirkab sularının yığılması üçün xüsusi qurğu istifadəyə verilməmişdir. Hazırda Şəxs MMC-nin işçiləri sanitar qovşaq kimi qonşu obyektdən istifadə edir. Həmçinin, xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən inzibati xəta haqqında material üzrə Hacıqabul şəhəri, M.Əsədov və E.Həşimov küçələrində yerləşən Şəxs MMCyə məxsus marketlərə və ətrafına yerli baxış keçirilmişdir. Belə ki, keçirilmiş yerli baxış zamanı Hacıqabul şəhəri, E.Həşimov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketin daxilində su kranının yerləşdiyi, su kranından çıxan suyun boru vasitəsilə plastik qaba birləşdiyi görünsə də, həmin borunun birləşdiyi digər boru xəttindən ayrılması müşahidə edilmiş və həmin boru su kranının aşağısından baş hissəsi açıq vəziyyətdə divara paralel şəkildə olmuşdur. Borunun çöl tərəfdən divardan çıxdığı yerdən isə torpağın altına girdiyi, marketin ətrafında keçirilən baxış zamanı isə çirkab sularının yığılması üçün nəzərdə tutulmuş xüsusi yer aşkar edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, Hacıqabul şəhəri, M.Əsədov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketdə də baxış keçirilmiş, baxış zamanı marketin daxilində su kranının yerləşdiyi, su kranından çıxan suyun boru vasitəsilə plastik qaba birləşdiyi müşahidə edilmiş, həmin borunun birləşdiyi digər boru xəttindən ayrılması müəyyən edilməklə, həmin borunun su kranının aşağısında baş hissəsi açıq vəziyyətdə divara paralel şəkildə olduğu müəyyən edilmişdir. Borunun çöl tərəfdən divardan çıxdığı yerdən su arxına töküldüyü müşahidə edilmişdir. Marketin ətrafına baxış keçirilən zaman çirkab sularının yığılması üçün nəzərdə tutulmuş xüsusi yer aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyektlərinin zibillənməsi dedikdə, su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi, su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması başa düşülür. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır: su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək; sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək; tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək; su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqlarınpozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək; su obyektlərindən təyinatına görə istifadə etmək; su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq; sudan istifadənin uçotunu aparmaq; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar ki, bu hallardan biri də su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Belə ki, qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-nin 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, toplanmış sübut materiallarını və işin faktiki hallarını birgə qiymətləndirərək müəyyən etmişdir ki, inzibati xəta haqqında protokolun məzmununda göstərilən hadisənin baş verməsini və həmin hadisənin məhz Şəxs tərəfindən törədilməsini təsdiqləyən etibarlı və obyektiv sübutlar mövcud deyildir. Belə ki, iş materiallarının məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, inzibati xətanın mövcudluğuna dair təqdim edilmiş materiallar və sübutlar arasında ardıcıllıq, mənbəyə aidlik və sübutların qəti xarakter daşıması üçün tələb olunan hüquqi meyarlar tam şəkildə təmin olunmamışdır. Əvvəla, əraziyə baxış keçirilməsinə dair aktda və ona əlavə edilmiş 01 ədəd CD diskdəki videogörüntülərdə Şəxs MMC-yə məxsus obyektlərdə maye tullantılarının axıdılması qeyd edilsə də, videoçəkilişlərdə çirkab sularının məhz marketlərin iç sanitar sistemindən gəldiyi aydın şəkildə çəkilməmiş, yalnız ümumi arxın yanında axın müşahidə edilmişdir. Həmçinin, akt tərtib edilən zaman obyekt sahibləri və ya market nümayəndələri araşdırmada iştirak etməmiş, bu isə aktın obyektivliyinə təsir edən amil hesab edilir. Bundan başqa, mütəxəssis rəyində hər iki marketdə çirkab suyu xüsusi qurğunun olmadığı göstərilsə də, bu suyun konkret olaraq hansı boru xəttindən, hansı sanitar qovşağından və ya hansı iç sistemdən çıxdığı dəqiq müəyyən olunmamışdır. Bununla əlaqədar keçirilmiş yerli baxış zamanı müşahidə olunan boruların açıq vəziyyətdə olması yalnız texniki uyğunsuzluğu təsdiq etmiş, lakin çirkabın məhz həmin borudan axıdıldığını sübuta yetirməmişdir. Eyni zamanda, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması və bütün əhali və obyektlərin texniki kanalizasiya arxlarına axın etməsi ümumi infrastruktur problemini göstərir və inzibati məsuliyyəti fərqləndirmək üçün əlavə xüsusi sübut tələb edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə yalnız hüquqi şəxsin konkret olaraq hansı hərəkəti törətməsi tam müəyyən edildikdə mümkündür. Halbuki təqdim edilmiş materiallar ilə Şəxs MMC-nin çirkab sularını qanunsuz şəkildə xarici mühitə axıtdığı təsdiq olunmamışdır. Videomaterialların sübut kimi qəbul edilməməsinin əsas səbəbi də budur ki, video obyektlərin yanında axıntı olmasını göstərsə də, həmin axıntının məhz marketin sanitar sisteminə aid olduğunu təsdiqləmir. Bu baxımdan videoqeydi öz məzmunu üzrə fərziyyələrdən o yana keçmir və sübut standartına uyğun deyildir. Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı aşkar edilmişdir ki, inzibati orqanın sübut olaraq məhkəməyə təqdim etdiyi borudan axan su, ümumiyyətlə marketin həyatyanı sahəsinə aidiyyəti olmamaqla qonşu sahənin daş hasarından çöl hissəyə çıxarılmışdır. Bundan başqa, inzibati orqanın iddia etdiyi kimi, market işçilərinin guya şikayətdən sonra problemi aradan qaldırdığı barədə dəqiq sübut təqdim edilməmiş, bu isə yalnız ehtimal xarakterli subyektiv mülahizə kimi qiymətləndirilmişdir. İş üzrə şahidlərin ifadələri obyektlərdə sanitar qovşaqların olmamasını, işçilərin texniki suyu vedrə ilə arxa axıtdığını təsdiq etsə də, bu ifadələr də inzibati xətanın məhz 262.2.3-cü maddə ilə nəzərdə tutulan “çirkab sularının təyinatı üzrə olmayan yerə axıdılması” elementinin birbaşa sübutu kimi çıxış etmir. Çünki həmin hərəkətin obyektin hansı konkret konstruktiv sistemindən törədiyi müəyyən edilməmişdir. Məhkəmə bu halların hər birini nəzərə alaraq hesab edir ki, təqsirliliyi təsdiq edən faktlar yalnız ehtimallara əsaslanır və inzibati məsuliyyət üçün zəruri olan “şübhəsiz sübutetmə” meyarını ödəmir. İnzibati xətanın obyektiv cəhətinin, yəni konkret şəxsin konkret hərəkətləri ilə sübuta yetirilməsi mümkün olmadığından inzibati xəta tərkibinin formalaşması üçün tələb olunan elementlər tam şəkildə mövcud deyil. Bütün göstərilənlər məhkəməyə iş üzrə icraatın davam etdirilməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlməyə imkan verir. Mövcud sübutların heç biri “Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətdiyini etibarlı şəkildə təsdiq etmir və sübut yükünün daşınması tələbi səlahiyyətli orqan tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 müfəttişi Nümayəndə3 Fərhad oğlu tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 müfəttişi Nümayəndə3 Fərhad oğlu tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə İXM-nin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar