Məhkəmə qərarları › İş №3(071)-268/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-268/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-268/2024 23.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Ağcəbədi rayonu, Rəncbərlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcəbədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində yerləşən 720 saylı postda monitorinq xidməti tərəfindən artıq çəkiyə görə yükdaşıma qaydalarını pozan “Hovo” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq yoxlanılan zaman həmin avtomobilin sürücüsünün 5083 manat məbləğində cərimə borcunun olması, həmin cərimə borcuna görə avtomobilin həbs edilməsi, monitorinqin müəyyən etməsinə görə yük avtomobilinin texniki parametrlərini aşan artıq çəki olması müəyyən edilmişdir. Avtomobil saxlanılarkən sürücü Şəxs heç bir sənəd təqdim etməmiş və yuxarıda göstərilən səbəblərə görə avtomobil 720 saylı YPX postunun müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəxs avtomobilin buraxılmasına heç bir icazə olmadan özbaşına avtomobili qaçırmış və avtomobildə olan artıq yükü postdan təxminən 2 km aralıda olan restoranın həyətyanı sahəsinə boşaldaraq Sabirabad istiqamətinə hərəkət etmişdir. Bu barədə dərhal BDYPİ-nin Növbətçi Hissəsinə məlumat veriləndən sonra təxminən saat 14 radələrində Sabirabad rayonu ərazisində yerləşən 729 saylı YPX postunda həmin nəqliyyat vasitəsinin saxlanılaraq postun duracağına yerləşdirilməsi təmin olunmuşdur. xx.xx.2024cü il tarixdə saat təxminən 12 radələrində Şəxs 720 saylı posta yaxınlaşaraq “heç kim mənə heç nə edə bilməz və.s” ifadələr işlədərək uca səslə danışmağa, ucadan ünvansız, daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının şərəf və ləyaqətini, həmçinin cəmiyyət arasında nüfuzunu alçaltmağa çalışmışdır. Şəxs avtomobildə olan əlavə yükü boşaltdığı yerin göstərilməsi xahiş edildikdə o, polis əməkdaşları ilə Postdan təxminən 2 km aralıda olan restoranın həyətyanı sahəsinə getmiş, orada olan əlavə yükü göstərmiş və yenidən uca səslə danışmağa, ucadan ünvansız, daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam intizama dəvət olunmasına baxmayaraq, mübahisə etməyə, ucadan ünvansız nalayiq ifadələri davam etdirərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş, qanunvericiliklə müəyyən edilmiş birgəyaşayış və davranış qaydalarını, yəni ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs öz hərəkətlərindən əl çəkməyərək özbaşınalıq etməyə davam etdiyi, həmçinin inzibati xətanın qarşısının alınması üçün hadisə yerinə Hacıqabul RPŞ-nin PPXB-nin əməkdaşları cəlb olunmuşdur. Şəxs öz qərəzli hərəkətlərini davam etdirərək PPXB-nin əməkdaşları üzərinə hücum etməyə cəhd göstərmiş,15-20 dəqiqədən sonra çətinliklə də olsa o saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilmişdir. Lakin, sonuncu yenə də Polis şöbəsinin inzibati binasında ucra səslə danışaraq ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadlər işlədərək, inzibati binada iş fəaliyyətinə mane olmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında göstərdi ki, DİN-nin YPXA-nın yol patrul xidmətinin inspektoru X1 raportu daxil olmuş, həmçinin Şəxs şöbənin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ünvansız söyüşlər söyməyə başlamış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin inzibati xəta törətmiş şəxsi xarakterizə edərək, Şəxs əvvəllər də Azərbaycan Respublikası İXM-nin 510, 535, və.s maddələri ilə məsuliyyətə cəlb olunduğunu bildirərək onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Ağcəbədi rayonu Rəncbərlər kəndində yaşayır. Sürücüdür, avtomobili kreditlə almışdır və həmin yük avomobili ilə daş daşıyır. xx.xx.2024-cü il tarixdə gecə satlarında Hacıqabul rayonu ərazisində yerləşən 720 saylı YPX postunda idarə etdiyi “Hovo” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandırılaraq saxlanılmışdır. Səhər kimi postda qalmış, səhəri günü polis əməkdaşlarına yaxınlaşdıqda, onlar ondan gözləməsini tələb etmiş, o, bundan əsəbləşərək idarə etdiyi yük avtomobili ilə postu tərk etmiş, yolda yükün yarısını boşaltmışdır. Sabirabad rayonunun girişində polis əməkdaşları tərəfindən dayandırılaraq “Hovo” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Bundan sonra Ağcəbədi rayonu Rəncbərlər kəndində olan evinə getmişdir. xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən 720 saylı posta yaxınlaşmışdır. Onu Elvin adlı YPX-nin əməkdaşı qəbul etmiş, əlavə yükü boşaltdığını qəbul etmiş, sonradan qoluna qandal tətbiq edilmişdir. Həmin zaman polis əməkdaşları onun sifət nahiyyəsinə xəsarət yetirmiş, polis şöbəsində ona qarşı qanunsuz hərəkətlər olmamışdır. O, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadələr işlətməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nə biləvasitə tabe olan YPXAnın yol patrul xidmətinin inspektoru X3 izahatında göstərdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən 720 saylı postda xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə axşam saat 09 radələrində Şəxs idarə etdiyi “Hovo” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq çəkiyə görə saxlanılaraq cərimə meydançasına yerləşdiribmişdir. Həmin vaxt sürücünün 5083 manat cərimə borcu olduğu məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəxs avtomobili idarə edərək özbaşına postu tərk etmişdir. Yolda olan zaman yükün yarısını boşaldaraq Sabirabad rayonu istiqamətində getmişdir. Bu barədə məlumat veriləndən sonra Şəxs Sabirabad rayonu ərazisində yerləşən stasionar postda YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs digər əməkdaşlarla birlikdə əlavə yükü boşaltdığı yeri göstərən zaman uca səslə danışmaqla, əvvəlcə ünvansız, daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs qarşı heç bir zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin PPXB-nin bölük komandirinin müavini X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il saat təxminən 12 radələrində Hacıqabul şəhəri ərazisində xidmətdə olarkən Nəvahi qəsəbəsi ərazisində yerləşən 720 saylı postda bir nəfər vətəndaşı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması barədə məlumat daxil olmuşdur. O, və digər əməkdaşlar hadisə yerinə getmişlər. Orada Şəxs əməkdaşlara qarşı nalayiq ifadələr işlədərək qanuni tələblərə tabe olmadığını şahidi olmuşdur. O, və digər əməkdaşlar Şəxs sakitləşdirərək Hacıqabul RPŞnə gətirmişlər. RPŞ-nin inzibati binasında olarkən Şəxs yenidən ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinə yol edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşları X4, X5 və X6 eyni məzmunlu izahatlar verərək Şəxs Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən 720 saylı stasionar postda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərə tabe olmaqdan imtina etməsini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş materiallardan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonu ərazisində yerləşən “720 saylı Nəvahi postu”nda monitorinq xidməti tərəfindən artıq çəkiyə görə yükdaşıma qaydalarını pozan “Hovo” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq yoxlanılan zaman həmin avtomobilin üzərində 5083 manat məbləğində cərimə borcunun olması, həmin cərimə borcuna görə avtomobilin həbsi, monitorinqin müəyyən etməsinə görə yük avtomobilinin texniki parametrlərini aşan artıq çəki olması müəyyən edilmişdir. Saxlanılarkən sürücü Şəxs heç bir sənəd təqdim etməmiş və yuxarıda göstərilən səbəblərə görə avtomobil 720 saylı YPX postunun müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində sürücü avtomobili buraxılmasına heç bir icazə olmadan öz başına avtomobili qaçırmış və avtomobildə olan artıq yükü postdan təxminən 2 km aralıda olan restoranın həyətyanı sahəsinə boşaldaraq Sabirabad istiqamətinə hərəkət etmiş, bu barədə dərhal BDYPİ-nin Növbətçi Hissəsinə məlumat veriləndən sonra təxminən saat 14 radələrində Sabirabad rayonu ərazisində yerləşən 729 saylı YPX postunda həmin nəqliyyat vasitəsinin saxlanılaraq postun duracağına yerləşdirilməsi təmin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Şəxs 720 saylı posta yaxınlaşaraq “heç kim mənə heç nə edə bilməz və.s” ifadələr işlədərək uca səslə danışmağa, ucadan ünvansız, daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının şərəf və ləyaqətini, həmçinin cəmiyyət arasında nüfuzunu alçaltmağa çalışmışdır. Şəxs avtomobildə olan əlavə yükü boşaltdığı yerin göstərilməsi xahiş edildikdə o, polis əməkdaşları ilə Postdan təxminən 2 km aralıda olan restoranın həyətyanı sahəsinə getmiş, orada olan əlavə yükü göstərdikdən sonra yenidən uca səslə danışmağa, ucadan ünvansız, daha sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam intizama dəvət olunmasına baxmayaraq, mübahisə etməyə, ucadan ünvansız nalayiq ifadələri davam etdirərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş, qanunvericiliklə müəyyən edilmiş birgəyaşayış və davranış qaydalarını, yəni ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin saxlanıldıqdan sonra ucadan nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması artıq İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində göstərilən inzibati xətaların tərkibini yaratdığı üçün onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol edilmişdir. Eyni zamanda, iş materiallarından məlum olur ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində göstərilən inzibati xətaların eyni vaxtda törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 23.10 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar