Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-268/2025 07.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26775661 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26987117 nömrəli elektron qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, onlar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AsanPay” ödəniş portalından əldə olunmuş məlumatlardan, həmçinin iş materiallarına əlavə edilmiş “PashaPay” ödəniş portalından əldə edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26775661 nömrəli və xx.xx.2025ci il tarixli, EQ seriyalı, 26987117 nömrəli elektron qərarlara əsasən tətbiq edilmiş cərimə və ona hesablanmış dəbbə pulu tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26775661 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26987117 nömrəli qərarlar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bundan sonra Şəxs barəsində olan müvafiq inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətaların hallarını nəzərə alaraq hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-268/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-268/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver