Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-269/2023 29.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X6 iştirakları ilə xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X1 1012 manat əldən çıxmış fayda və 1012 manat dəymiş ziyan olmaqla, cəmi 2024 pul tutularaq X7 ödənilməlidir. Hazırda icra sənədi üzrə borc 2024 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada təqdim edilmişdir. Borclu çağırışlara gəlmədiyinə görə onun barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Bundan başqa “Elektron icra sistemindən” əldə olunmuş sorğu məlumatlarına əsasən Şəxs mülkiyyətində “Mercedes Benz 200 D” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Bu barədə icra şöbəsi tərəfindən daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatla Hacıqabubul rayon Məhkəməsinə müraciət olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 məxsus **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Lakin, borclu həmin avtomobili icra şöbəsinə təqdim etməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə tələbkara 2024 manat borcu qalmaqdadır. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkara olan pul öhdəliyini maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcunu ödəməkdən qəsdən yayınmır. Bundan başqa mülkiyyətində 1992-ci il buraxılışlı “Mercedes Benz 200 D” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobili yeni təmir etdirmişdir. Avtomobilin bazar qiyməti təqribən 5000 manatdır. Avtomobilə aid olan sənədləri də təqribən 3 ay əvvəl icra məmuruna təqdim etmişdir. Avtomobil hazırda yaşadığı evin qarşısındadır və tələbin avtomonbilə yönəldilməsinə etiraz etmir. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, borclu Şəxs ona olan borcunu ödəmir, icra sənədi üzrə 2024 manat borcu qalmaqdadır. Bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X1 1012 manat əldən çıxmış fayda və 1012 manat dəymiş ziyan olmaqla, cəmi 2024 pul tutularaq X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022-007 saylı 06 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 adına olan **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, hazırki halda borclu X3 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, borclunun mülkiyyətində **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200 D” markalı minik avtomobili vardır və icra sənədində göstərilən tələbin avtomobilə yönəldilməsi üçün məhkəmənin qərardadına əsasən həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin, icra işinə əlavə edilmiş sənədlərdən, icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş avtomobilin açıq hərracda satılması istiqamətində hər hansı real addımlar atılması, borclu avtomobilin təqdim edilməsindən yayınmışdırsa, borclunun əmlakının (avtomobilin) axtarılması üçün tədbirlər görülməsi görünmür. Borclu isə məhkəmə iclasında sözügedən avtomobili yeni təmir etdirdiyini, avtomobilin hazırda yaşadığı evin həyətində olduğunu və tələbin avtomobilə yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclunun mülkiyyətində olan və üzərinə həbs qoyulmuş avtomobil açıq hərracda satılmaqla əldə edilmiş vəsait hesabına icra sənədində göstərilən tələbin təmin edilməsi mümkündür. Belə olan vəziyyətdə, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(071)-269/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-269/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver