Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-27/2022 14.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxsnın və zərərçəkmiş Zərərçəkmiş şəxs, Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis mayoru X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 3A ünvanda yaşayan - Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06.01.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis Şöbəsi tərəfindən 14.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 14.02.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini etiraf etmədi və izahatında bildirdi ki, Hacıqabul şəhər sakini X1 ilə qeyri-rəsmi yaşayır, onların bu münasibətinə anası Zərərçəkmiş şəxs narazılığı olduğundan, bir neçə dəfə aralarında belə mübahisələr olmuşdur. 06.01.2022-ci il tarixdə Dünyaxanımın çağrışı ilə onun yaşadığı evə gələrək, onu evdən xəstəxanaya aparmaq istəmiş, lakin buna Dünyaxanımın anası Zərqələm mane olmuşdur. Bu zaman Dünyaxanımın yaşadığı mənzildə anası Zərqələmlə aralarında münaqişə olmuş, Zərqələm onun əzizlərini söyüb təhqir etdiyindən əsəbləşərək, onun boğaz nahiyyəsindən tutmuş və itələmiş, Zərqələm müvazinatını itirərək yerə yerə yıxılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Hacıqabul şəhər sakini Şəxs onun qızı Dünyaxanım Xanbabayeva ilə uzun müddətdir ki, qeyri-rəsmi yaşayır, onların bu münasibətə narazılığı olduğundan bir neçə dəfə Şamxalla aralarında mübahisə olmuşdur. 06.01.2022-ci il tarixdə Şamxal onun yaşadığı evə gələrək Dünyaxanımı zorla evdən aparmaq istəyərkən, o, buna mane olmaq istəmişdir. Bu zaman aralarında münaqişə olmuş və Şamxal onun boğazından tutaraq boğmuş və itələyərək yerə yıxmışdır. Nəticədə o, xəsarət almışdır. Hazırda Şamxalla barışmamışdır və onun cəzalanmasını istəyir. Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis mayoru X4 məhkəmə iclasında protokolu müdafiə etdi və bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsinin 16.01.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs 06.01.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəmnində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bu səbəbdən Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X6 16.01.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Şəxs 06.01.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəmnində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Hacıqabul rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli 08 nömrəli ekspert rəyinə əsasən 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - sol bazunun arxa səthinin qançırı, alt çənənin ön hissəsinin qançırı, boyun nahiyyəsinin sol yan hissəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə, müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 4-5 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxsnın həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün izahatı, zərərçəkmişin izahatı, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və əlil olmasını nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-27/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-27/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver