Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-271/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Məhərrəm oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də elektrik işləyən, Şirvan şəhəri, 1 May küçəsi ev 97-də qeydiyyatda olan və yaşayan Şəxs Məhərrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Məhərrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Məhərrəm oğlu idarə etdiyi özünə məxsus olan “Kia Sorento” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Ağacanlı kəndi ərazisində döngəli yolda hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxıb həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106 ” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 2106” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol diz oynağının ön səthinin sıyrığı, sol bazunun ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3 hissəsinin ön səthinin əzilmiş-cırılmış yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhərrəm oğlu İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi özünə məxsus olan “Kia Sorento” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Ağacanlı kəndi yolu ilə "xxxx" fabriki istiqamətində hərəkətdə olarkən yolu döngə hissəsində diqqətsizlikdən qarşı hərəkət zolağına çıxıb həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106 ” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə vaxtı xəsarət almamışdır. Törətdiyi əməlindən peşmandır. Ailə vəziyyəti ilə əlaqədar onun avtomobil idarə etməyə ehtiyacı vardır. Odur ki, bunları nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində özünə məxsus olan “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Ağacanlı kənd yolu ilə Şirvan istiqamətində hərəkətdə olarkən döngəli yolda qəfildən “Kia Sorento” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və nəticədə toqquşma baş vermişdir. Hadisə nəticəsində onun avtomaşınında özündən başqa 2 nəfər olmuş, özü yüngül bədən xəsarətləri almışdır. Bugünədən ona dəymiş maddi zərər ödənilməmişdir. Lakin, təqsirkar bildirir ki, ona dəymiş maddi zərər məhkəmənin qərarından sonra məsuliyyətini sığorta edən şığorta şirkəti tərəfindən ödəniləcəkdir. Ona görə Şəxs Məhərrəm oğlu barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Hacıqabul rayon X4 Bölməsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs Məhərrəm oğlunun əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 187 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sol diz oynağının ön səthinin sıyrığı, sol bazunun ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3 hissəsinin ön səthinin əzilmiş-cırılmış yarası. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hacıqabul Rayon Mərkəzi X3 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 233 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, 1952-ci il təvəllüdlü Şəxs Məhərrəm oğlu spirtli içki qəbul etməmişdir. Material üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli 8/197 nömrəli rəyindən görünür ki, “Kia Sorento” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Məhərrəm oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununu 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ 2106 ” minik markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar onun hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Məhərrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Məhərrəm oğlunun əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs Məhərrəm oğlunun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Məhərrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(071)-271/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-271/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver