Məhkəmə qərarları › İş №3(071)-273/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-273/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-273/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-40/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, hər ay 93 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. Hazırda icra sənədi üzrə borc 10788 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, qətnamə icra yönəldiyi 2014-cü ilin avqust ayından bu günə kimi Şəxs tələbkara olan borcu 10788 manat qalmaqdadır. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Bu müddət ərzində borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Borclu ölkə ərazisində olmadığına görə barəsində axtarış işi açılmış və o, polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmişdir. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir gəlir və əmlak aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün ünvan 1 ünvanında yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkara olan aliment borcunu ölkə hüdudlarından kənarda olduğu üçün bu barədə məlumatı olmadığından ödəməmişdir. 2023-cü ilin avqust ayında Azərbaycana gəlmiş və Gəncə şəhərində yerləşən hava limanında bilmişdir ki, onun barəsində alimentin ödənilməsinə dair icra sənədi var və o axtarışdadır. İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş və digər sənədlər xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. O, uzun müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır. Borcunu ödəməkdən qəsdən yayınmır. Vaxt verilsə imkanı olduqca borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu Şəxs ona olan aliment borcunu ödəmir, icra sənədi üzrə 10788 manat borcu qalmaqdadır. Şəxs uzun müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır. Bu müddət ərzində də evi, ailəsi və uşaqları ilə maraqlanmamışdır. Yığılmış aliment borcunu tələb edir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-40/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, hər ay 93 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, ünvan 2-də qeydiyyatda olan və yaşayan Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən və icra hərəkətlərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayındığına görə onun barəsində icra məmuru tərəfindən məcburi gətirilmə barədə qərar qəbul edilişdir. İş materiallarında olan Hacıqabul RPŞ-nin xx.xx.2015-ci il tarixli 7591 saylı məktubundan görünür ki, Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanda müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qərardan görünür ki, xx.xx.1978-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədlərinin icraya yönəldildiyi vaxtdan inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxtadək icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada təqdim edilməmiş, borclu barəsində axtarış elan edildikdən sonra o, saxlanılıb xx.xx.2023-cü il tarixdə icra şöbəsinə təqdim edildikdən sonra həmin sənədlər borcluya rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, iş materiallarında inzibati xəta haqqında protokolun tərtib edilməsinədək olan müddətdə borclunun icra sənədinin icraata başlanmasından, tələbin könüllü icrası barədə ona müddət verilməsindən, aliment borcunun yığılmasından məlumatlı olmasına dair heç bir mötəbər sənəd yoxdur. Borclu bu barədə yalnız xx.xx.2023-cü il tarixdə məcburi qaydada icra şöbəsinə gətirildikdən sonra məlumatlı olmuş, həmin sənədlər ona həmin tarixdə təqdim edilmişdir. Başqa sözlər desək, icra məmuru protokolun tərtib edildiyi vaxtadək borcluya icra sənədinin icrası ilə bağlı hər hansı qanuni tələb irəli sürməmiş, ona xəbərdarlıq etməmişdir. Belə olan vəziyyətdə, borclunun üzrlü səbəb olmadan icra məmurunun qanuni tələbini yerinə yetirməməsini iddia etmək əsassızdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar