Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-273/2025 03.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş 03 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialı araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Şəxs yaşayış yeri üzrə Cəlilabad rayonunda qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı əgər həmin məsələyə baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş 03 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-273/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-273/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver