Məhkəmə qərarları › İş №3(071)-274/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-274/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-274/2024 30.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X5 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Meyniman kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 2024 manat pul alınaraq X6 ödənilməlidir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borclunun tələbkara 2024 manat borcdan 824 borcu qalmışdır. Borcluya borcunu ödəməsi barədə məlumat veriləsədə o, imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Odur ki, icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkara 2024 manat borcdan cəmi 824 manat borcu qalmışdır. 824 manat borcu imkanı olmadığı üçün ödəyə bilməmişdir. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirdi ki, borclunun 2024 manat borcdan 824 manat borcu qalmışdır. Pulu tam istədiyini bildirdi. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-707/2022 nömrəli icra vərəqəsinə əsasən, iddia təmin edilərək X1 1012 manat əldən çıxmış fayda və 1012 manat dəymiş ziyan olmaqla cəmi 2024 manat pul tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-707/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədini könüllü icra etməsi üçün Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 246616/22-2 saylı təklifindən görünür ki, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icraatında olan, Hacıqabul rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, X1 cəmi 2024 manat alınaraq X7 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar tərəfimizdən 19 dekabr 2022-ci il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədilə “İcra Haqqında “Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq yuxarıda qeyd olunan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi barədə məhkəməyə təqdimat verilmiş və məhkəmənin 8(071)-1/2023 saylı, 18 yanvar 2023- cü il tarixli qərardadına əsasən,X3 məxsus “MERSEDES BENZ 200 D” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha soma xx.xx.2024-cü il tarixdə tərəfimizdən üzərinə həbs qoyulmuş avtomobilin qiymətləndirilməsi üçün Qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilmiş və Qiymətləndiricinin 0039/24 saylı, 11 mart 2024-cü il tarixli rəyinə əsasən X3 məxsus “MERSEDES BENZ 200 D” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 1200 manat məbləğində qiymətləndirilmişdir. Odur ki,“İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə əsasən, X3 məxsus “MERSEDES BENZ 200 D” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil 1200 manat dəyərində Sizə təklif olunur. Bildirilir ki,təklifdən imtina edəcəyiniz təqdirdə həmin əmlakın satılması üçün müvafiq hərrac təşkilatına sifariş veriləcəkdir. Bu barədə 10 gün müddətində Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə münasibət bildirməyiniz Sizdən xahiş olunur. Daşınar əmlak üzərinə həbs qoyulması haqqında təqdimatdan görünür ki, borclu Şəxs məxsus olan “Mercedes Benz 200 D” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Hacıqabul rayon məhkəməsinin 2(071)-707/2022-007 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus “Mercedes Benz 200 D” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. “Mercedes Benz 200 D” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimatdan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı,18 yanvar 2023-cü tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş X3 məxs" "MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil üzərindən həbsin götürülməsinə dair qərardad verilməsi xahiş olunmuşdur. Hacıqabul rayon məhkəməsinin 8(071)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan "MERSEDES BENS 200 D" minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Hacıqabul rayon Məhkəməsinin 8(071)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbs ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən icra sənədinin icrasına, yəni zərər çəkmiş şəxsin azyaşlı uşaqları ilə birlikdə icra sənədindən qeyd edilən mənzilə köçürülməsinə maneçilik törədilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar