Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-275/2025 10.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şamaxı rayonu, Tağılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhəri, X4 küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul rayonu, Tağılı kəndində yerləşən fermada Zərərçəkmiş şəxs2 döymüşdür. Beləliklə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul rayonu, Tağılı kəndində yerləşən fermada Zərərçəkmiş şəxs2 döymüşdür. Nəticədə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Hadisə olan zaman 2 nəfər fəhlə və Sudabə xanımla birlikdə həyətdə oturmuşdular. Bu zaman onun arvadı Güldənə xanım gələrək Sudabəni təhqir etməyə və onu döyməyə başlamışdır. Şəxs isə onları ayırmaqla məşğul olmuşdur. Bunun səbəbi kimi isə Sudabənin onların ər-arvad münasibətinə zərər vurmasını göstərmişdir. Lakin barəsində icraat aparılan şəxs Sudabənin onun işçisi olduğunu və qızı yaşında olmasını bildirmişdir. Hadisə zamanı Güldənəni döymədiyini, əksinə Güldənənin onu döydüyünü, ona heç kimin xəsarət yetirmədiyini demişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Uğur onun həyat yoldaşıdır. Şirvan şəhərində öz oğlu və əri Uğurla yaşayırdı. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 ildir ki, Şəxs ilə ailə həyatı qurmuş və birgə nikahından 1 oğul övladları var. 2009-cu ildə Uğurla rəsmi nikah bağlamış və 2010-cu ildə övladı dünyaya gəlib. Uğur özünə məxsus fermada mal-heyvan saxlayır, ora müxtəlif işçilər gətirərək həm nar bağında işlədir, həm də fermada heyvanlarına baxdırır. Təxminən 11-12 ay olar ki, Uğur fermaya Südabə adlı qadın gətirib. Həmin qadınla yaxın münasibətləri var və qadın fermada onunla birlikdə yaşayır. O da işsizlikdən Türkiyə respublikasına 7 ay olar ki, işləmək üçün getmişdir. Orada xəstə baxıcısı işləyirdi. O, Türkiyəyə gedəndə yoldaşı Uğurdan icazə almışdır. O, Türkiyədə olanda Uğur onun zənglərinə cavab verməmiş və onu “blok” etmişdir. 04 avqust 2025-ci il tarixdə Güldənəyə “Mediasiya” dan boşanma və övladının ondan alınaraq Uğura verilməsi barədə bildiriş-məktub gəldiyi üçün Türkiyədən 26 avqust 2025-ci il tarixdə Şirvan şəhərinə evə gəlmişdir. Uğur ona bildirdi ki, camaat danışır ki, o, Türkiyəyə əxlaqsızlıq etməyə getmişdir. Südabə də ona bildirmişdir ki, elə bir şey ola bilməz və ora maddi vəziyyəti pis olduğu üçün, ürəyinin əməliyyatına pul yığmaq üçün getmişdir. Lakin Uğur paltarlarını yuduzdurub, yığıb, ‘orda baxanım var” deyərək evdən getmişdir. Güldənə Türkiyəyə gedəndə kredit götürmüşdür və onu Uğur ödəməli idi. Lakin Uğur pul ödəmədi və hazırda banka borc qalmaqda davam edir. Güldənə Uğura dəfələrlə zəng etsə də, cavab vermədiyi üçün və onun başqa qadınla qeyri-rəsmi yaşadığını eşitdiyi üçün xx.xx.2025-ci il tarixdə Şirvan şəhərindən Hacıqabul rayonu Tağlı kəndində Uğura məxsus fermaya gəlmiş və orada Sudabə adlı qadınla onu bir otaqda görmüşdür. Bu zaman mübahisə başlamışdır. Uğurun yanındakı Südabə adlı qadın Güldənəyə “Türkiyəyə pozğunluq etməyə getmişdin indi nəyə gəlmisən” dediyi zaman mübahisə daha da böyümüşdür. Bu zaman Uğur Güldənənin üzərinə hücum çəkərək otaqdan çıxartmışdır. Uğur rezin boru ilə Güldənənin kürəyinə qoluna vuraraq xəsarətlər yetirmiş, Südabə adlı qadın isə, onu söyüb təhqir edərək otağın qapısını bağlamış və Güldənəni içəri buraxmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 233 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – Boyun nahyyəsinin sağ yan hissəsinin qançırı. Hər iki saidin arxa səthlərinin sıyrıqları və sağ diz oynağının ön səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İclasda şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Güldənə fermaya gələrək onun və Uğurun ünvanına nalayiq ifadələr işlətmişdir. Uğur Güldənəni döyməmişdir, əksinə Güldənə Sudabəni döymüşdür. Sudabəyə əxlaqsızlıq etdiyini demişdir. Cavabında isə, Sudabə ona Türkiyədən onun gəldiyini, əxlaqsız ifadəsinin Sudabəyə deyilməməli olduğunu bildirmişdir. Uğurla sadəcə olaraq işçi və müdir münasibətləri olmuşdur. Pul istəmək səbəbini isə, ehtiyacı olması ilə əlaqələndirmişdir. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmamasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-275/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-275/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver