Məhkəmə qərarları › İş №3(071)-276/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-276/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-276/2025 10.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şirvan şəhəri, X6 küçəsi, ev 40 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul rayonu, Tağılı kəndində yerləşən fermada Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya alt dodağın üz səthinin qançırı xəsarətini yetirib döymüş və Zərərçəkmiş şəxs2 döymüşdür. Beləliklə, Muradova X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya alt dodağın iç səthinin qançırı xəsarətini yetirib döymüşdür. Bundan başqa, həmin gündə Zərərçəkmiş şəxs2 da döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs1 döyməmişdir. Əksinə, Zərərçəkmiş şəxs1 onu döymək istəmişdir. Bu zaman Şəxs əllərini açaraq zərbədən yayınarkən əli Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə dəymişdir. Bu zaman yanlarında heç kim olmamışdır. Qaynı uşaqları isə, hadisəni görərək oradan uzaqlaşmışdırlar. Zərərçəkmiş şəxs2 isə, həmin vaxt otaqda olmuşdur. Ona zərər yetirilməyib və polis şöbəsinə gedərkən Zərərçəkmiş şəxs2 barmağında heç bir zədə olmamışdır. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində öz oğlu ilə yaşayır. 2014-cü il tarixdən həyat yoldaşı Hacıqabul rayonu Muğan qəsəbə sakini olduğu üçün Muğan qəsəbəsində öz evi var. Verilmiş suallara cavab olaraq bildimişdir ki, təxminən 1 il olar ki, Hacıqabul rayonu Tağlı kəndində yerləşən Uğur adlı şəxsin fermasında işləyir. Orada malheyvan saxlayır, toyuq-cücəyə baxır. Uğurla münasibətləri yaxşıdır, lakin onunla sevgi münasibətində deyil. Həmin fermaya hər gün gəlib-gedir, orada yaşamır. Hər gün Uğur işçiləri evlərindən götürərək fermaya gətirir və həmin işçilərlə birlikdə işə gəlir. Uğur ailəlidir. O, tez-tez telefonla yoldaşı ilə danışanda əsəbləşirdi, sonradan Uğurun yoldaşı Güldənə adlı qadın Türkiyəyə işləmək üçün getməsini bilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Uğurun fermasında işləyən zaman onun həyat yoldaşı Güldənə fermaya gələrək orada ona “çıx get özüm işləyəcəm” deyən zaman əlindəki qazanı yerə qoyub getmək istəyəndə Güldənə onu söyüb təhqir etmişdir. Bu zaman Güldənə oranı vurub dağıtdı və Sudabənin əlinə xəsarət yetirmişdir. Şəxs Uğurla mübahisə etdi və otaqda Sudabənin üstünə hücum çəkərək qab-qacağı və 3 il əvvəl aldığı “Samsung A10” markalı telefonu yerə ataraq sındırdı. Uğur onu çölə çıxardı və Sudabə qapını arxadan bağladı. Sudabə DİN-in “102” XZM-yə zəng edərək kömək istədi. Sonra Güldənə otağın pəncərələrini daşla vuraraq sındırdı və Sudabəyə təhqirlər edərək onu əxlaqsız adlandırmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şirvan şəhərində yaşayır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 ildir ki, Güldənə ilə ailə həyatı qurmuş birgə nikahlarından 1 oğul övladları var. Özünə məxsus Hacıqabul rayonu Tağlı kəndində ferması var. Həmin fermada müxtəlif şəxslər fəhləlik edir. Orada malheyvan saxlayır, həm də nar bağı var. Təxminən 11-12 ay olar ki, Muğan qəsəbəsində yaşayan Südabə adlı qadın gələrək onun fermasında mal-heyvana baxır. Südabə ilə heç bir yaxın münasibəti yoxdur. Güldənə Türkiyə Respublikasına 7 ay olar ki, işləmək üçün getmiş, ondan boşanmaq üçün 04 avqust 2025-ci il tarixdə mediasiyaya ərizə vermişdir. Güldanə Türkiyədən 26 avqust 2025-ci il tarixdə Şirvan şəhərinə evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə Güldanə ona məxsus Tağlı kəndində olan fermaya gəlmiş və orada işləyən Südabənin üzərinə otaqda hücum çəkmişdir. Bu zaman oranı vurub dağıtmışdır və Uğurun dodağına xəsarət yetirmişdir. Otaqda qab-qacağı yerə ataraq sındırmışdır. Güldənəni çölə çıxarmış, lakin o, otağın pəncərələrini daşla vuraraq sındırmışdır. Ona görə də Südabə DİN-in “102” XZM-yə zəng edərək kömək istəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 235 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən, Zərərçəkmiş şəxs1 alt dodağın iç səthinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunmanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd olunmuşdur. Xəsarətin sağlamlığa zərər vurmayan növdən olduğu üçün xəsarətin dərəcəsi təyin olunmamışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 234 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən, Zərərçəkmiş şəxs2 sol əlin 4-cü barmağının arxa səthinin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətin tinli küt əşyanın təsirindən əmələ gəlmişdir. Xəsarətin sağlamlığa zərər vurmayan növdən olduğu üçün xəsarətin dərəcəsi təyin olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar