Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-277/2024 07.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində ov qaydalarını pozaraq ov üçün nəzərdə tutulmayan yerdə ov üçün icazəsi olmadan qanunsuz ovla məşğul olub özünə məxsus “Huğlu” markalı ov silahı ilə 02 ədəd cüllüt və 02 ədəd çöl ördəyi ovlayaraq təbiətə 33 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq, barəsində yüngül həddə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, protokolu tərtib etmiş şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul rayon X3 Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zahid Salahov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin İTB-nə göndərilmişdir. Toplanmış materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs və X1 üzərlərində olan ov tüfənglərinə ( 1 ədəd 12 kalibrli, “toz-34” markalı, üzərində 9002 nömrəsi olan ov silahı, 1 ədəd 12 kalibrli , “huglu” markalı, üzərində 22R12607 nömrəsi yazılmış ov silahı, 1 ədəd “ij” markalı, 16 kalibrli, üzərində N00976 nömrəsi yazılmış ov silahı) 9 ədəd ördək və 3 ədəd sığırçın ovlanmış quşlara baxış keçirilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hacıqabul RPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 1 ədəd 12 kalibrli , “Huglu” markalı, üzərində 22R12607 nömrəsi yazılmış ov silahı Şəxs adına, digər 1 ədəd 12 kalibrli, “Toz-34” markalı, üzərində 9002 nömrəsi olan ov silahı isə X1 adına qeydiyyatdadır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baş ictimai təhlükəsizlik idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 372 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, 12 kalibrli, “huglu” markalı, üzərində 22R12607 nömrəsi yazılmış ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7179 saylı biletdən görünür ki, Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. Göstərilənlərlə yanaşı, iş materialları ilə müəyyən edilir ki, Şəxs məxsus 1 ədəd 12 kalibrli , “huglu” markalı, üzərində 22R12607 nömrəsi yazılmış ov silahı maddi sübut kimi Hacıqabul rayon Polis Şöbəsinə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş cədvəldən müəyyən edilir ki, 3 ədəd cüllüt və 9 ədəd ördəyin ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 82,50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ovçuluq – dedikdə, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü başa düşülür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər. 12ci maddəyə əsasən Ovçuluq fəaliyyəti Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində vurulmuş zərərin məbləğini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın 1-ci bəndinə görə 1.1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. 1.2. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 1.3. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 1.4. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 1.5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Azərbaycan Respublikası İXM-nin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə predmeti olan ov silahı müsadirə edilməməklə, qanuni sahibi olan Şəxs geri qaytarılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İş materiallarından müəyyən edilir ki, inzibati xətanın obyekti olmuş 3 ədəd cüllüt və 9 ədəd ördək məhv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəymiş maddi ziyan 82,50 (səksən iki manat əlli qəpik) AZN yarı hissədə, yəni 41,25 (qırx bir manat iyirmi beş qəpik) AZN inzibati xəta törətmiş şəxs Şəxs tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet (ov silahı) müsadirə edilməməklə, onun ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 12 kalibrli, “huglu” markalı, üzərində 22R12607 nömrəsi yazılmış ov silahı qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılsın. İnzibati xəta törətmiş şəxs Şəxs 41,25 (qırx bir manat iyirmi beş qəpik) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-277/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-277/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver