Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-278/2024 07.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Telman oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 17-də olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində ov qaydalarını pozaraq ov üçün nəzərdə tutulmayan yerdə ov üçün icazəsi olmadan qanunsuz ovla məşğul olub özünə məxsus Toz-34P markalı ov silahı ilə 03 ədəd cüllüt və 09 ədəd çöl ördəyi ovlayaraq təbiətə 82 manat 50 qəpik maddi ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək, izahatında göstərdi ki, silah ona məxsusdur və sənədləridə vardır. Lakin ovçuluq cəmiyyətinə üzvlüyü olmadığını bildirdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, protokolu tərtib etmiş şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Zahid Salahov xx.xx.2024-cü il tarixdə HK -1/1234 nömrəli nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 258-ci maddəsi ilə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan həmin maddədə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24.108.2002-ci il tarixli 769 saylı Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə” Qaydalarının 2.3-cü bəndinə əsasən ov etmək zamanı aşağıdakılar qadağandır: 2.3.1. aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmaq; 2.3.2. 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və karteç ilə atəş açmaq; 2.3.3. ov patronlarında tez alışan materiallardan istifadə etmək; 2.3.4. sərxoş vəziyyətdə atəş açmaq; 2.3.5. ov silahını onun tətbiq edilməsi üçün başqasına vermək və ya başqasının silahı ilə ov etmək; 2.3.6. vəhşi heyvan və quşları avtomaşın, vertolyot və ya mühərrikli qayıqla qovaraq ovlamaq; 2.3.7. vəhşi heyvan və quşları mühasirəyə alaraq ovlamaq; 2.3.8. səssiz atəş açma və ya gecə nişangahı qurğusu ilə təchiz edilmiş odlu ov silahını tətbiq etməklə ov etmək. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ov tüfəngləri doldurulmamış halda gəzdirilməlidir. Tüfəng yalnız bilavasitə atəş açılmamışdan qabaq doldurula bilər. Atəş açılması başa çatdıqdan sonra tüfəng, silah sahibi atəş yerindən uzaqlaşmamış boşaldılmalıdır. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 553 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs 12 kl, “MC-2112” markalı, 7586 nömrəli, 12 kalibrli “toz 34P” markalı, УЯ 9002 nömrəli ov silahını saxlama və təyinatı üzrə istifadə edilməsi üçün icazə vardır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Şəxs tərəfindən qanunsuz ov etmə nəticəsində təbiətə 82,50 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə və ov üçün verilmiş icazədə göstərilməyən yerlərdə ov etmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Göründüyü kimi, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində qeyd edilmiş inzibati xətanın törədilməsi, yəni ov qaydalarının kobud şəkildə pozulması (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından müəyyən edilir ki, inzibati xətanın obyekti olmuş 3 ədəd cüllüt və 9 ədəd ördək məhv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəymiş maddi ziyan 82,50 (səksən iki manat əlli qəpik) AZN yarı hissədə, yəni 41,25 (qırx bir manat iyirmi beş qəpik) AZN inzibati xəta törətmiş şəxs Şəxs tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 12 kalibrli “toz 34P” markalı, УЯ 9002 nömrəli ov silahı qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılsın. İnzibati xəta törətmiş şəxs Şəxs 41,25 (qırx bir manat iyirmi beş qəpik) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-278/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-278/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver