Məhkəmə qərarları › İş №3(071)-28/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-28/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-28/2022 16.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonu 1-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, Hacıqabul rayonu 1-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan -Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15.02.2022-ci il tarixdə saat 11:30-da idarə etdiyi “Qaz 2410” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və hüququ olmadan Hacıqabul rayonu Udulu - Cəngən kənd yolunda 2-ci dərəcəli yoldan əsas yola çıxaraq soldan gələn nəqliyyat vasitələri gözləməyərək Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” markalı ** CZ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X2 tərəfindən 15.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs oğlu məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, 15.02.2022-ci il tarixdə saat 11:30-da sürücülük vəsiqəsi və hüququ olmadan idarə etdiyi “Qaz 2410” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul rayonu Udulu - Cəngən kənd yolunda 2-ci dərəcəli yoldan əsas yola çıxaraq soldan gələn nəqliyyat vasitələri gözləməyərək Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” markalı ** CZ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 15.02.2022-ci il tarixdə saat 11:30-da idarə etdiyi “Hyundai Sonata” markalı ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu Udulu-Cəngən kənd yolunda 1-ci dərəcəli yolla üzü Paşalı kəndi istiqamətində hərəkətdə olarkən yola bitişik yol ayrıcından 2-ci dərəcəli yoldan çıxan Şəxs oğlunun idarə etdiyi “Qaz 2410” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Onun avtomobilinə dəymiş maddi zərər Şəxs oğlu tərəfindən ona ödənilmişdir. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X2 oğlu məhkəmə iclasında izahat verərək, Şəxs barəsində tərtib etdiyi 15.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 15.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs oğlu yalnız İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar