Məhkəmə qərarları › İş №3(071)-281/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-281/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-281/2022 07.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Salyan rayonu Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olan yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Hacıqabul rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati cərimə edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ki, Şəxs qərar qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Bununla da o, İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, himayəsində ailəsi və bir azyaşlı uşağı var. Heç bir yerdə işləmir, inzibati cəriməni ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən cərimənin başqa təhbehlə əvəz edilməsini xahiş edir. Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tətbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati işi nəzərdən keçirərək hesab edir ki, Əliyev X1 rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarında göstərilən 4000 manat inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində icra etmədiyinə görə, ona barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan yüz səksən saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Çünki, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında MN ******* nömrəli protokola əlavədən müəyyən edilir ki, borclu Şəxs hər hansı bir gəliri və əmlakı aşkar edilməmişdir, yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evə icra məmuru tərəfindən baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 529.1-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar