Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-282/2025 22.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Suların İstifadəsinə və X4 Xidməti 4 Saylı X2 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Qədir-Xum” ailəvi restoranının icarədarı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Suların İstifadəsinə və X4 Xidməti 4 Saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suların İstifadəsinə və X4 Xidməti 4 Saylı X2 əməkdaşları tərəfindən Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” ailəvi istirahət mərkəzində formalaşan maye tullantıların ətraf mühitə xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuşdur. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Suların İstifadəsinə və X4 Xidməti 4 Saylı X2 nümayəndəsi X5 çıxışında bildirmişdir ki, Suların İstifadəsinə və X4 Xidməti 4 Saylı X2 əməkdaşları tərəfindən Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” ailəvi istirahət mərkəzində formalaşan maye tullantıların ətraf mühitə xx.xx.2025-ci il tarixində axıdılması aşkar olunmuşdur. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, restoranın rəsmi müqavilə əsasında icarədarı Şəxsdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, törətdiyi əməli etiraf edir. Qeyd olunan hal baş vermişdir və aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və fotoşəkillər ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən Şəxs “Qədir-Xum” ailəvi restoranının rəsmi müqavilə əsasında icarədarıdır. Belə ki, o, vəzifəli şəxs hesab olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-282/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-282/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver