Məhkəmə qərarları › İş №3(071)-286/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-286/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-286/2024 18.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X7 şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatəti təmin edilmiş, X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən AR İXM-nin 192-1-ci maddəsi ilə qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarından məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilərək bərpa edilmiş və verilmiş şikayətə mahiyyəti üzrə məhkəmədə baxılması qərara alınmışdır. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilmişdir. Həmin qərarı poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almışdır. O, fərdi sahibkar kimi su maşınları alaraq, su daşıma xidməti ilə məşğul olur. Ona sürücü lazım olduğu üçün X5 yanında işə götürmüşdür. O, həmin şəxsin iş və sürücülük qabiliyyətini yoxlayandan sonra, yəni sınaq müddəti 3 gün bitəndən sonra onunla rəsmi formada müqavilə bağlayacaqdır. Lakin həmin şəxs cəmi 2 gün işləyəndən sonra işə çıxmamışdır. Sonradan məlum olmuşdur ki, E.Paşayev spirtli içkilərin qəbuluna meyillidir. Yəni işə götürdüyü 3 gün müddət tamam olmamış E.Paşayev ondan qərəzli formada DİN-nin 102 çağrı mərkəzinə şikayət etmişdir. Sonradan bilmişdir ki, o 3000 manat cərimə olunmuşdur. Vətəndaş kimi hüquqları kobud şəkildə pozulmaqla, barəsində cərimə tətbiq edilməsi barədə qərar qanunsuz və əsassız hesab edir. O, fiziki şəxs kimi fəaliyyət göstərsə də, ona vəzifəli şəxs kimi cərimə yazılmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 ərizəsində göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, qərarın əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 2023-cü ilin noyabr ayında, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tətbiq edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Rayon Prokurorluğundan xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərin surətindən müəyyən edilir ki, vəzifəli şəxs X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 2023-cü ilin noyabr ayının sonunda 5 gün, eləcə də 03 aprel 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək olan müddət ərzində özünün “Kalyon RSY X14 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı maşın xidmət müqaviləsi əsasında “Kamaz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vəzifəsi üzrə Füzuli rayonu ərazisində işlərin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. X4 ərizəsi, izahatı, xx.xx.2023-cü il tarixli, KAL-RSY-059-201 nömrəli "Kalyon RSY X15 Ticari İşletmesi" Şirkətinin Azerbaycan Respublikasındakı filialı ilə Ümid Həsənov arasında bağlanmış maşın xidmət müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məktub və onun qoşması, eləcə də X1 Sisteminin “Elektron Sorğu” bölməsindən çap edilərək materiala əlavə edilmiş əmək müqaviləsi məlumatlarının çıxarışı ilə təsdiq olunur. Beyləqan rayonu, Milabad qəsəbəsi sakini X9 xx.xx.2024-cü il tarixdə ərizə ilə rayon Polis şöbəsinə müraciət edərək Ümid adlı şəxsin “Kalyon” şirkətində işlədiyi işə görə 393 manat əmək haqqını ona ödəmədiyini, özünün əmək müqaviləsinin olmadığını göstərib bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. X9 izahatında göstərmişdir ki, o, işlə bağlı 2023-cü ilin noyabr ayında Ümid adlı şəxslə əlaqə saxlamış, sonuncu ona “Kalyon” şirkətində işləyə biləcəyini demişdir. Belə ki, o, aylıq 800 manat əmək haqqı ödənilməsi şərti ilə 5 gün müddətində Füzuli rayonunda fəaliyyət göstərən “Kalyon” şirkətində Ümid adlı şəxsə məxsus su maşınını idarə etmiş, 5 gündən sonra işlər dayandığı üçün yaşadığı evə getmiş, həmin 5 günün qarşılığında Ümid ona 135 manat verməli olduğu halda 50 manat pul vermişdir. 03 aprel 2024-cü il tarixdə Ümid ona yenidən zəng edərək əvvəlki qaydada ayı 800 manat olmaqla işləməyi təklif etmiş, o, bu təkliflə razılaşaraq 1 ay 10 gün müddətində işləsə də, sonda ona 700 manat əmək haqqı verilmişdir. Hazırda Ümidin ona 243 manat borcu yaranmışdır. Onunla Ümid adlı şəxs arasında əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2023-cü il tarixli, KAL-RSY-059-201 nömrəli "Kalyon RSY X15 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Ümid Həsənov (VÖEN:**********) arasında bağlanmış maşın xidmət müqaviləsindən görünür ki, X10-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi üzrə lazım olan maşınların xidmət işlərini operatorların haqqı və vergiləri də daxil edilməklə öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-962/2024 nömrəli məktub və ona əlavə edilmiş qoşmasından görünür ki, X11 ilə “Kalyon RSY X15 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındaki filiali arasında tərtib edilmiş e-qaimə-fakturalar üzre xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şirkət tərəfindən Ümid Həsənovun hesabına müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. X9 ilə X11 arasında əmək müqaviləsi bağlanmasına dair hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 şikayətçi X5 tanıdığını, sonuncunun onun “Kamaz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilini bir müddət idarə etdiyini təsdiqləsə də, heç bir əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb X6 ərizəsi təşkil edir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikasi İXM-nin 192.1- ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 tərəfindən X9 2023-cü ilin noyabr ayında, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan pozuntu ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar