Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-290/2025 20.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Sabirabad rayonun Xankeçən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-584/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq 1 uşağa görə cəmi 108 manat aliment tutularaq X2 verilməsi qət edilmişdir. Borclunu tələbkara 6782 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X7 çıxışında bildirmişdir ki, Hacıqabul rayon məhkəməsinin 2(071)- 584/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq 1 uşağa görə cəmi 108 manat aliment tutularaq X2 verilməsi qət edilmişdir. Borclunu tələbkara 6782 manat aliment borcu vardır. Borclu bildirmişdir ki, tələbkarla 2019-cu ildə alimentin ödənməməsi barədə razılığa gələrək müqavilə imzalanmışdır. Lakin əməkdaşlar tərəfindən İcra Şöbəsində araşdırma aparılmış və belə bir müqavilənin mövcudluğu öz təsdiqini tapmamışdır. Tələbkar tərəf isə ərizə ilə İcra Şöbəsinə müraciət edərək borcludan 6782 manat məbləğində aliment borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, fəhlə işləyərək aylıq 400 manat civarında qazanc əldə edir. Bakı şəhəri, Günəşli qəsəbəsində kirayə yaşadığını aylıq 200 manat kirayə pulu ödədiyini bildirmişdir. Borclu iddia edir ki, onun heç bir aliment borcu yoxdur. 2019-cu ildə yaşadığı evi sataraq tələbkara 13000 manat pul vermişdir. Bunun əvəzində isə alimentin ödənilməməsi barədə razılığa gəlmişlər. Hazırda 6782 manat borcu ödəməyə imkanı yoxdur. Lakin hər ay 110 manat aliment ödəməyə etirazı yoxdur. Belə ki, borclu 6782 manat aliment borcunu ödəməkdən imtina edir. İş materiallarına əlavə edilmiş: Hacıqabul rayon məhkəməsinin 2(071)-584/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq 1 uşağa görə cəmi 108 manat aliment tutularaq X2 verilməlidir. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-584/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, borclunun məcburi gətirilməsi haqqında qərardan müəyyən edilir ki, Şəxs məcburi qaydada Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında məlum olmuşdur ki, bir neçə il əvvəl X3 himayəsində olan azyaşlı övladı X1 çətinlik çəkdiyi üçün saxlanılması üçün azyaşlının atası Şəxsa vermişdir. Şəxs azyaşlı F.Hacıyevanı himayəsində saxlamaq istəməmiş və Bakı şəhərində yerləşən sosial mərkəzə təhvil vermişdir. Bundan başqa, “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Şəxs əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətinin mənfi xüsusiyyətlərini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 20 oktyabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-290/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-290/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver