Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-294/2023 13.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon prokurorunun köməkçisi X2, zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-ci ildə Sabirabad rayonu Ələmbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “SOCAR” YDM-də bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğunda tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsinin Hacıqabul sukanal sahəsinin xidməti ərazisində olan su şəbəkəsinə qanunsuz qoşularaq suyu talaması nəticəsində ASC-yə 2451,6 manat ziyan vurmuşdur. Bu fakt üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Hacıqabul rayon prokurorunun köməkçisi X4 bildirdi ki, "xxxx" ASC-dən daxil olmuş məlumata əsasən Rüstəmov X1 rayonu Nəvahi qəsəbəsində yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=150 mm-lik su şəbəkəsinə d=76 mm-lik və d=40 mm-lik birləşmələr vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq sahəsinin suvarılmasını, bundan başqa həyətyani sahədə xəndək qazmaqla su ehtiyatı toplayaraq əkin sahəsinin suvarılmasını həyata keçirmiş, nəticədə ümumilikdə "xxxx" ASC-yə 6571,8 manat məbləğində ziyan vurmuşdur. Fakt üzrə Hacıqabul rayon prokurorluğunda müvafiq araşdırılma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, su şəbəkəsinə qoşulmuş 76 mm-lik birləşmədən yalnız içməli su kimi istifadə edilmişdir. Digər 40 mm-lik birləşmədən isə həyətyanı sahənin suvarılması üçün istifadə edilmişdir. Bu səbəbdən ziyanın məbləğinin 2451,6 manat olması müəyyən edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək məhkəmə göndərilmişdir. Onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayır. Qəsəbədə suvarma işləri aparmaq üçün hər hansı su xətti yoxdur. Həftədə 2-3 gün qəsəbəyə su gəlir. Ona görə də məcbur qalıb həyətyani sahəsində olan ağacları və heyvanlarını içməli su ilə suvarmaqdan ötrü yaşayış evini içməli su ilə təmin edən d=150 mm-lik su şəbəkəsinə 40 mm-lik birləşmə vasitəsi ilə qoşulmuşdur. Buna görə də məsuliyyət nəzərdə tutulmasını bilməmişdir. Əməlindən peşmandır. Onun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində Azərsu” ASC-nin 4 nömrəli regional sukanal idarəsinin Hacıqabul sukanal sahəsinin xidməti ərazisində olan yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=150 mm-lik su şəbəkəsinə 40 mm-lik birləşmə vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq sahəsinin suvarılmasını həyata keçirmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DVD diskdə olan videofayllardan görünür ki, "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsinin əməkdaşının Hacıqabul sukanal sahəsinin xidməti ərazisində, Hacıqabul rayonu Nəvahi qəsəbəsində abonent Şəxs ünvanına baxış keçirilmiş, baxış zamanı vətəndaşın daşıyıcı xətdən əlavə olaraq kənar istifadə etdiyi, d=40 mm-lik xətlə bağ suvardığı və bağ suvarmaq üçün xəndək qazmaqla su ehtiyatı toplamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsi Hacıqabul Sukanal İdarəsinin 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Rüstəmov X1 rayonu Nəvahi qəsəbəsində yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=150 mm-lik su şəbəkəsinə d=76 mm-lik və d=40 mm-lik birləşmələr vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq (bağ) sahəsinin suvarılmasını həyata keçirmiş, nəticədə ümumilikdə "xxxx" ASC-yə 6571,8 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Şəxs Hacıqabul rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o, Hacıqabul rayonu Nəvahi qəsəbəsində həyətyani sahəsini suvarma işləri aparmaq üçün hər hansı su xəttinin olmamağından məcbur qalaraq həyətyani sahəsində olan ağacları və əkin sahəsini içməli su ilə suvarmaqdan ötrü yaşayış evini içməli su ilə təmin edən d=150 mm-lik su şəbəkəsinə qoşulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, videogörüntü və digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-294/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-294/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver