Məhkəmə qərarları › İş №3(071)-295/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-295/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-295/2023 13.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul rayon prokurorunun köməkçisi X2, zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1952-ci ildə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon prokurorluğunda tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsinin Hacıqabul sukanal sahəsinin xidməti ərazisində olan su şəbəkəsinə qanunsuz qoşularaq suyu talaması nəticəsində ASC-yə 1047,6 manat ziyan vurmuşdur. Bu fakt üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Hacıqabul rayon prokurorunun köməkçisi X4 bildirdi ki, Məmmədov X1 rayonu Nəvahi qəsəbəsində yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=159 mm-lik su şəbəkəsinə d=25 mm-lik birləşmə vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq sahəsinin suvarılmasını həyata keçirmiş, nəticədə ümumilikdə "xxxx" ASC-yə 1047,6 manat məbləğində ziyan vurmuşdur. Fakt üzrə Hacıqabul rayon prokurorluğunda müvafiq araşdırılma aparılmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək məhkəmə göndərilmişdir. Onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayır. İşlətdiyi suyun pulunu isə vaxtı-vaxtında ödəyir. Həyətyani sahəsinə olan su xətti 1980-ci ildə çəkilib. Həmin vaxtdan da o və kənd sakinləri eyni qaydada şəxsi tələbatları üçün içməli sudan istifadə edirlər. Qəsəbədə suvarma işləri aparmaq üçün hər hansı su xətti yoxdur. Həftədə 2-3 gün qəsəbəyə su gəlir. Ona görə də məcbur qalıb həyətyani sahəsində olan ağacları içməli su ilə suvarmaqdan ötrü yaşayış evini içməli su ilə təmin edən d=159 mmlik su şəbəkəsinə d=25 mm-lik birləşmə vasitəsi ilə qoşulmuşdur. Buna görə də məsuliyyət nəzərdə tutulmasını bilməmişdir. Onun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində Azərsu” ASC-nin 4 nömrəli regional sukanal idarəsinin Hacıqabul sukanal sahəsinin xidməti ərazisində olan yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=159 mm-lik su şəbəkəsinə d=25 mm-lik birləşmə vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq sahəsinin suvarılmasını həyata keçirmiş, “suyu talaması nəticəsində ASC-yə 1047,6 manat ziyan vurmuşdur. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DVD diskdə olan videofayllardan görünür ki, "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsinin əməkdaşının Hacıqabul sukanal sahəsinin xidməti ərazisində, Hacıqabul rayonu Nəvahi qəsəbəsində abonent Şəxs ünvanına baxış keçirilmiş, baxış keçirilən həyatyani sahəsinin 30 sot olduğu, içməli sudan təsərrüfat məqsədi ilə istifadə olunduğu, bağa gələn su xətti ilə suyun nar bağına axıdıldığı, əlavə olaraq yaşayış evinə gedən içməli suyu su nasosu ilə bağ sahəsinin suvarıldığı, su şəbəkəsinə əlavə birləşmə qoşulduğu və həmin birləşmənin işlək vəziyyətdə olduğu aşkar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsi Hacıqabul Sukanal İdarəsinin 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Məmmədov X1 rayonu Nəvahi qəsəbəsində yaşadığı yaşayış evini içməli su ilə təmin edən d=159 mm-lik su şəbəkəsinə d=25 mm-lik birləşmə vasitəsi ilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinin həyətyani sahəsində olan torpaq sahəsinin suvarılmasını həyata keçirmiş, nəticədə ümumilikdə "xxxx" ASC-yə 1047,6 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Şəxs Hacıqabul rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o, Hacıqabul rayonu Nəvahi qəsəbəsində həyətyani sahəsini suvarma işləri aparmaq üçün hər hansı su xəttinin olmamağından məcbur qalaraq həyətyani sahəsində olan ağacları içməli su ilə suvarmaqdan ötrü yaşayış evini içməli su ilə təmin edən d=159 mm-lik su şəbəkəsinə d=25 mm-lik birləşmə vasitəsi ilə qoşulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün inzibati araşdırma zamanı verdiyi izahatı, videogörüntü və digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar