Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-296/2023 07.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən X2 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 20000 manat pul tutulmalıdır. Hazırda icra sənədi üzrə borc 14390 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, icra qeydi icra yönəldiyi vaxtdan bu günə kimi Şəxs tələbkara olan borcu 14390 manat qalmaqdadır. Borclu icra sənədi üzrə cəmi 5610 manat ödəniş etmişdir. 2022-ci ilin dekabr ayında borclu ilə tələbkar hər ay borc məbləğindən 407 manat ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, borclu həmin razılaşmanın şərtlərinə də əməl etməmişdir. Belə ki, o, 2022-ci ilin dekabr ayında, 2023-cü ilin yanvar, fevral, mart və iyul aylarında müvafiq olaraq 407 manat ödəniş etsə də, qalan aylarda ödənişlər etməmişdir. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir gəlir və əmlak aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün ünvan 1 ünvanında yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir. Heç bir yerdə işləmədiyi üçün icra sənədi üzə borcu yaranmışdır. İcra sənədi icraya yönəldiyi vaxtdan bu günə kimi tələbkara 5610 manat ödəniş etmişdir. Ödənişləri vaxtında etməməsinin səbəbi stabil qazancının olmaması ilə əlaqədar olmuşdur. Hazırda 1000 manat ödəmək imkanı var. Gələn aydan başlayaraq isə qalan yığılmış borcunu yaxın müddətdə hissə-hissə tələbkara ödəyəcəkdir. Bundan sonra da icra vərəqəsinin icrasını vaxtı-vaxtında icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, borclu Şəxs ona olan borcunu ödəmir, icra sənədi üzrə 14390 manat borcu yaranmışdır. Bu günə kimi borcundan 5610 manat ödəniş etmişdir. Məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixdə ona əlavə olaraq da 1000 manat pul ödəyib, qalan borcunu isə hər ay 407 manat olmaqla, hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, onun inzibati məsuliyyətdən azad edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, X2 xeyrinə Şəxs 20000 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli icra icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan "xxxx" ASC (Leobank) və “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə ödənilmiş qəbzlərin kserosurətlərindən görünür ki, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə Şəxs tələbkar X2 bank hesabına müxtəlif vaxtlarda 5610 manat, xx.xx.2023-cü il tarixdə isə 1000 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs icra sənədi üzrə müəyyən edilmiş borcundan maddi imkanının yol verdiyi həddə vaxtaşırı müəyyən məbləğlərdə ödənişlər etmiş, icra qeydi icraya yönəldiləndən bu günə kimi 5610 manat ödəniş etmişdir. O, hətta məhkəmə iclası zamanı tələbkara 1000 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, icra sənədinin icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(071)-296/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-296/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver