Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-3/2025 10.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi X8 tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarında verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi X8 tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, eyni zamanda həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 3(071)-304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış "xxxx" MMC-nin direktoru X1 şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatəti təmin edilərək, "xxxx" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi X8 tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı qərarından məhkəməyə şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilərək bərpa edilmiş və verilmiş şikayətə mahiyyəti üzrə məhkəmədə baxılması qərara alınmışdır. Məhkəmənin 3(071)-304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından narazı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Şabanov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilərək Hacıqabul Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 3(071)-304/2024 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və X1 barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, məhkəmə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərdiyi xüsusatları nəzərə alaraq hesab edir ki, X1 müddətin bərpa olunmasına dair vəsatətinə səlahiyyətli orqan, yəni inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X5 Xidmətinin X2 tərəfindən baxılmasını məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərlə yanaşı, Emin Rəhimova səlahiyyətli orqana müddətin bərpa olunması barədə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Şikayət verənin vəsatəti əsasında ötürülmüş müddət bərpa olunduğu təqdirdə məhkəmə tərəfindən Emin Rəhimovun şikayətinə baxıla bilər. Həmçinin səlahiyətli orqan tərəfindən şikayət vermə müddətinin bərpa olunmasından imtina olunduğu halda, həmin qərardan məhkəməyə şikayət vermə hüququnun olması Emin Rəhimova izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi X8 tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarında verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçi X3 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2nin rəisi X8 tərəfindən AR İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarında verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçi X3 geri qaytarılsın. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-3/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-3/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver