Məhkəmə qərarları › İş №3(071)-300/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-300/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-300/2024 03.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X5 iclas katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Hacıqabul rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər daxil olduqdan sonra tələbkar X7 03 dekabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, aralarında olan razılaşmaya əsasən Şəxs həmin borc məbləğini ona 15 dekabr 2024-cü il tarixindən etibarən ödəyəcəkdir. Bu səbəblə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Hazırda tələbkara 2300 manatdan çox aliment borcu yaranmışdır. Son 9 ay ərzində aliment məbləğini ödəyə bilməmişdir. Aliment borcunu hissə-hissə ödəmək istəyir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında bildirmişdir ki, borclu aliment öhdəliyini 9 aydır ki, yerinə yetirmir. 03 dekabr 2024-cü il tarixində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aliment borcunun hissə-hissə ödəməsi barəsində razılaşmışdırlar. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, X6 izahatında bildirmişdir ki, borclu aliment öhdəliyini yerinə yetirmir. Lakin, borcunu yaxın zamanda hissə-hissə ödəyəcəyi barəsində tələbkarla razılaşmışdırlar. Ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, həmin protokol Hacıqabul rayon İcra şöbəsinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozitiv şərti olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsi vəzifəsi üzərində olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs (tələbkar) X4 olan aliment borcunun ödənilməsi üçün onunla razılıq əldə etdiyindən və X3 qeyd olunan səbəbdən müraciəti əsasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Hacıqabul rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar