Məhkəmə qərarları › İş №3(071)-303/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-303/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-303/2024 13.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş elektron qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-300/2024 saylı qərardadı ilə, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, o, DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Bu barədə məlumatı sms-radar vasitəsilə öyrənmişdir. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlisini xahiş edir. Belə ki, 04 noyabr 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21154” markalı, **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 99-cu kilometrliyində hərəkətdə olarkən (Nəvahi postunda) BDYPİnin Vİİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru polis leytenantı X3 “saxla” işarəsi ilə nəqliyyat vasitəsini saxlamışdır. X5 avtomobilə yaxınlaşıb özünü təqdim etdikdən sonra nəqliyyat vasitəsinin arxa şüşəsinə pərdə çəkildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O, həmin pərdənin qanunsuz olmadığını,həmin pərdəyə görə hər hansı bir məsuliyyət daşımadığını bildirmişdir. Buna baxmayaraq X5 onun barəsində İXM-in 342.2.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və DİN BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş elektron qərar ləğv edilməli və qərarın surəti inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı-Qazax yolunun 99-cu kilometrliyində xx.xx.2024-cü il tarixində X2 idarə etdiyi “VAZ 21154” markalı, **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İXM-nın 342.2.4-cü maddəsində nəzərdə tutulmu inzibati xətanı törətdiyi qeyd edilmişdir. İş materiallarında olan 1 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X3 X2 idarə etdiyi “VAZ 21154” markalı, **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsində aşkar etdiyi “pərdə” videogörüntüdə müəyyən edilmir. Belə ki, yol patrul xidmətinin əməkdaşı X3 idarə etdiyi avtomobilin arxa oturacaqların yan pəncərlərində pərdə olduğunu qeyd etsə də, yol patrul xidməti əməkdaşının qeydə aldığı video-materialda pərdənin olduğu müşahidə edilmir. Qeyd etmək lazımdır ki, həmin yan pəncərələrə yerləşdirildiyi qeyd edilən pərdənin avtomobilin sadəcə çölündən deyil, eyni zamandan da, avtomobilin qapısı açılmaqla, iç tərəfdən müəyyən edilməsi daha məqsədəuyğun olmaqla, 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsaslılığına yaranmış şübhələri aradan qaldıracaqdır. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbulk edilir. Həmin Məcəllənin 135.1.1-cü maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə hesab edir ki, X4 tərəfindən İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmu inzibati xətanı törətməsi ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığı üçün şəxs barəsində qəbul edilmiş elektron qərar ləvğ edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİ Tağım Baş Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş elektron qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar