Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-307/2021 21.09.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanda qızı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis Şöbəsi tərəfindən 21.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 21.09.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini etiraf etmədi və izahatında bildirdi ki, o, 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanda qızı Zərərçəkmiş şəxs ilə mübahisə etsə də, onu döyməmişdir. Qızına əri ilə barışmasını təklif etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatındaa bildirdi ki, atası Şəxs 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanda şəxsi münasibətlərin pozulması zəminində onun başına yumruqla vurmuş, hər iki qolundan tutaraq silkələmiş və sıxmışdır. Ona xəsarət vermişdir. O, polisə şikayət etmişdir. Hazırda barışmamışdır. Çünki, atası onu narahat edir və əri ilə barışmasını tələb edir. Protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi Rasim Hüseynov məhkəmə iclasında protokolu müdafiə etdi və bildirdi ki, Hacıqabul rayon Polis Şöbəsinin 13.09.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanda qızı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı Zahid Salahovun 13.09.2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Şəxs 04.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanda qızı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində fiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döyməsi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 07.09.2021-ci il tarixli 294 nömrəli ekspert rəyinə əsasən 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarəti - hər iki bazunun orta 1/3 hissəsinin arxa səthinlərinin qançırları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən mələ gəlməklə, kənar şəxs tərəfindən vurulması zamanı, eyni zamanda xəsarətlərin yerləşmə yerinə görə şəxsin özü tərəfindən də yetirilməsi inkar olunmur. Törənmə müddəti müayindən 2-3 gün əvvələ uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün polis şöbəsinə verdiyi yazılı izahatı, zərərçəkmişin izahatı, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati cərimənin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-307/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-307/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver