Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-309/2023 05.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X12, zərərçəkmiş şəxs X9 və X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Azəriqaz” İB-də ərazi gözətçisi vəzifəsində işləyən, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 66/3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən evlərində X1 və bacısı X6 döyməklə onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxtı evdə olan qapının şüşələrini və sərinləşdiricini qıraraq Sevda Nəzərovaya 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin inzibati binasında uca səslə səs-küy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X18 izahatında göstərdi ki,Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən evlərində aralarında yaranmış mübahisə zəmnində X1 və bacısı X6 döyməklə onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Həmin vaxtı evin qapısının şüşələrini və sərinləşdiricini qıraraq anası Sevda Nəzərovaya 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin inzibati binasında uca səslə səsküy salaraq, nalayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. X1 və bacısı X6 Şəxs tərəfindən döyülməsi və əmlaka ziyan vurması faktı üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin baş vermiş inzibati xəta hadisələri ilə bağlı Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələrinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X9 onun anası, X10 isə onun bacıdır. xx.xx.2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman qardaşı Elnur ona zəng edərək onun yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən evlərinə gəlməyini tələb etmişdir. O, da Elnurgilə getmiş, orada olan zaman Elnur ona yoldaşının və uşağının harada olması barədə sual vermiş, o da Elnurun bu sözündən əsəbləşib, telefonu götürüb tez həyat yoldaşı Nəzərova Günelə, qızı Nəzərli Fatiməyə və yaşadığı evin telefonuna zəng etmişdir. Nə qədər zəng etsə də, telefonu açan olmamışdır. O, Elnurdan ailə üzvlərinin yerini deməsini tələb etmişdir. Elnur sonradan ona bildirib ki, “Hacıqabul rayonuna gedək ailə üzvlərin oradadır”. Onlar Elnurla birlikdə Elnurun avtomobilinə əyləşib ünvan 2 ünvanında yerləşən atasıgilin yaşadığı ünvana gəlmişlər. Avtomobildən birinci o düşüb evə qalxmışdır. Bundan sonra ailə üzvləri onu təhqir etməyə başlamışlar. O da əsəbləşib zalda olan sərinləşdiricini götürüb qaynanası Afətə tərəf atmışdır. Sərinləşdirici Afətə dəyib yerə düşüb qırılmışdır. Bundan sonra isə stolun ustündə olan "Aroma” şüşə butulkasını da Afətə tərəf atmış, lakin şüşə butulka ona dəyməmişdir. O həyat yoldaşı Günel və övladların digər otaqda olmasını görüb, həmin otağın qapısını təpiklə vurmuş və həmin zərbədən qapının şüşələri qırılmışdır. Qırılan şüşələr sağ ayağının baldır hissəsinə düşüb kəsmişdir. O otağa daxil olmuş və həyal yoldaşı Günelə "uşaqları götür həyətə düş” demişdir. Qardaşı Elnur həmin vaxtı onu sakitləşdirməyə çalışmış bu vaxtı Elnurla əlbəyaxa olmuşdur. Elnurla əlbəyaxa olan vaxt bacısı Şəbnəm onu arxadan əlində olan oxlov ilə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Şəbnəm onu vurduğu üçün o Şəbnəmi itələmişdir. Həmin münaqişə zamanı isə Sevdanın onu vurmasını görməmişdir. Bundan sonra Elnur onu həyətə çıxartmışdır. Sonradan Elnur onları öz avtomobili ilə Şirvan şəhərinin girişə gətirib onları orada avtomobildən düşürdüb geri qayıtmışdır. Bundan sonra o, evinə gəlmiş və kəsilən ayağını tikdirmək uçün tibbi yardım stansiyasına getmişdir. Orada ona tibbi yardım olunmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki,12 iyun 2023-cü il tarixdə saat 11:00 radələrində gəlini X2 mobil telefonuna zəng etdikdə telefonu nəvəsi Fatimə götürərək atası Emilin anası Güneli döydüyünü demişdir. O, Şirvan şəhərinə gedərək Güneli və azyaşlı nəvələri Fatimə və Ayxanı Hacıqabul şəhərinə yaşadığı evə gətirmişdir. Həmin günü saat 15:00 radələrində Emil qızı Şəbnəmə və onun mobil telefonuna zəng edərək Günelin harada olmasını soruşmuşdur. Emilə Günelin onlarda olmadığını, harada olmasından xəbəri olmadığını bildirmişdir. Həmin günü saat 17 radələrində Emil və qardaşı Elnur onlara gəlmiş, Emil evdə Güneli görüb saçından tutub yolduqda Şəbnəm onları aralaşdırmış, bu vaxtı Emil Şəbnəmin də saçından tutub yolmuş, şillə ilə Şəbnəmin sifətinə və başına bir neçə zərbə vurmuş, onu isə bir dəfə təpiklə vurmuşdur. Emil onu, Güneli, Şəbnəmi, və qaynanası Afəti təhqir etmişdir. Sonra Emil stolun üzərində olan “Aroma” qabını götürüb Afətə atdıqda həmin şüşə qab Afətin sol böyrünə dəymişdir. Emil otaqda olan sərinləşdiricini Afətin başına vurmuşdur. Sonra Emil təpiklə qapını vurduqda qapının şüşələri sınmışdır. Digər oğlu Elnur və həyat yoldaşı Əmiralı araya girib Emili sakitləşdirmişlər. Oğlu Emil münaqişə zamanı onu bir dəfə təpiklə kürək nahiyyəsindən vurmuşdur. Emil evdə olan sərinləşdiricini və şüşələri qırdığı üçün ümumilikdə ona 150 manat maddi ziyan dəymişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və ona cəza verilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, o, Bakı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev 75B, mənzil 9-da daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X9 onun doğma anasıdır. Şəxs onun doğma qardaşıdır. Emil tez-tez yaşadığı evdə həyat yoldaşı ilə aralarında münaqişə yaradaraq onu döyür. 12 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhərində yaşayan qardaşı X7 mobil telefonuna zəng edib hal-əhval tutduqda Elnur ona Emilin Bakı şəhərində onlarda olduğunu demişdir. Bundan sonra, Emilin həyat yoldaşı Günelin mobil telefonuna zəng edib danışdıqda Günel ona Emilin evdən çıxmağını tələb etdiyini demişdir. O, Sevda ilə birlikdə Şirvan şəhərinə Günelin yaşadığı evə getmiş, Güneli və azyaşlı uşaqları Ayxan və Fatiməni götürüb Hacıqabul şəhərinə yaşadıqları evə gəlmişlər. Evdə Günelin qollarının qançır olduğunu görüb ondan nə olduğunu soruşmuşdur. Günel ona 12 iyun 2023-cü il tarixdə səhər saatlarında Emilin onu döydüyünü demişdir. Həmin günü, yəni 12 iyun 2023cü il tarixdə saat 17 radələrində evdə olan zaman Elnur və Emil evə gəlmişlər. Emil pilləkəndən qalxdıqda təpiklə qapını vurub qapının şüşəsini sındırmış, Emilin ayağına düşüb kəsmişdir. Sonra Emil otağa girib Günelin harada olduğunu soruşmuşdur. Emil şalvarın kəmərini çıxarıb Güneli döymək istədikdə Elnur kəməri Emilin əlindən almışdır. Emil stolun üzərində olan “Aroma” şüşə qabını, fanta qabını, stəkanı və orada olan sərinləşdiricini qaynanası Afətə tərəf atmışdır. Sərinləşdirici Afətin sinəsinə dəymiş və yerə düşüb qırılmışdır. Həmin vaxt Emil təpiklə anası Sevdanın kürəyinə vurmuş və sonra Elnurla əlbəyaxa olmuşdur. Həmin vaxt o, oxlovu götürüb Emilinin ayağına və əlinə vurmuşdur. Emil təkrar Sevdanın təhqir edib üzərinə getdikdə Elnur və atası Əmiralı araya girmişlər. Həmin vaxtı o da araya girdikdə Emil əli ilə boğazından tutub və saçını yolmuşdur. Emil Afətə və baldızı Günaya çıxıb getməsini bildirmişdir. O, Afəti və Günayı başqa otağa keçirmişdir. Həmin vaxt Emilin baldızı Günay DİN 102 xidmətinə zəng edib məlumat vermiş, Emil isə elə başa düşmüşdür ki, zəngi o etmişdir. Bu səbəbdən ona yaxınlaşaraq boynunu sıxmış, üzünə, əllərinə və qollarına vurmuşdur. Qardaşı Elnur isə araya girib onları aralaşdırmışdır. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və ona cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, X9 onun doğma anasıdır. Şəxs onun doğma qardaşı, X10 onun bacısıdır. O, Bakı şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə Emilin Bakı şəhərində olduğunu biləndən sonra ona zəng edərək onun yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən evlərinə gəlməyini bildirmişdir. Emil onlara gələndə ona yoldaşının və uşağının harada olması barədə sual vermiş, Emil isə bu sözə əsəbləşib, telefonu götürüb tez həyat yoldaşı Nəzərova Günelə, qızı Nəzərli Fatiməyə və yaşadığı evin telefonuna zəng etmişdir. Nə qədər zəng etsə də, telefonu açan olmamışdır. Emil ondan ailə üzvlərinin yerini deməsini tələb etmişdir. Emilə “Hacıqabul rayonuna gedək ailə üzvləri oradadır” demişdir. Həmin günü, yəni 12 iyun 2023-cü il tarixdə saat 17 radələrində onlar Hacıqabul şəhərinə anası Sevdagilə gəlmiş, Emil pilləkəndən qalxdıqda təpiklə qapını vurduqda qapının şüşəsi sınıb Emilin ayağına düşüb kəsmişdir. Sonra Emil otağa girib Günelin harada olduğunu soruşmuşdur. Emil şalvarın kəmərini çıxarıb Güneli döymək istədikdə onun əlindən kəməri almışdır. Emil stolun üzərində olan “Aroma” şüşə qabını, fanta qabını, stəkanı və orada olan sərinləşdiricini qaynanası Afətə tərəf atmışdır. Sonra Emil təpiklə anası Sevdanın kürəyinə vurmuşdur. Bu zaman o, Emil ilə əlbəyaxa olmuşdur. Bu vaxt bacısı Şəbnəm oxlovu götürüb Emilinin ayağına və əlinə vurmuşdur. Emil Afətə və Günaya çıxıb getməsini bildirmişdir. Bu vaxtı Emil bacısı Şəbnəmin sifət nahiyyəsinə bir sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Şəxs barəsində olan inzibati xəta haqqında material ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə çağırılmışdır. Həmin tarixdə saat 12:10 radələrində Polis şöbəsinin həyətində olarkən Şəxs əsassız yerə səs-küy salaraq “görün sizi nə günə qoyacam”, “buraları dağıdacam” kimi ifadələr işlədərək səs-küy salmışdır. Həmin vaxtı Polis şöbəsində yoxlama keçirildiyindən, Şəxs yaxınlaşaraq onu sakitləşdirmək və kənara çəkmək istəmişdir. Lakin, Şəxs onun tələbinə əməl etməyərək əsassız yerə küçə söyüşləri söyməklə səs-küy salmağa davam etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təhqiqat araşdırması zamanı məhkəmə-tibbi ekspertizalar keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 171 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol körpücük sümüyünün üzərinin sıyrıqı. Sağ baldırın ön səthinin qançırı, sol baldırın ön səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinə gününə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 173 saylı rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ sağrı nahiyyəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinə gününə uyğundur. Müddəti müayinə gününə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərin şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 14 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1 və 157-ci maddələrinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X15 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 3(071)-202/2023 nömrəli 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Beləliklə, Şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin izahatları və işdə olan digər sübutlarla müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində valideynlərinin yaşadığı evə gedərək orada mübahisə yaratmış, mübahisə zamanı bacısı Şəbnəm Nəzərliyə və anası Sevda Nəzərovaya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, eyni zamanda evdə olan sərinləşdiricini və evin qapısının şüşəsini sındırmaqla anası Sevda Nəzərovaya 150 manat zərər vurmuşdur. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində Hacıqabul rayon Polis Şöbəsinin həyətində olarkən əsassız yerə səs-küy salmış, onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə əməl etməmişdir. Bununla da Şəxs İXM-in 157, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmamasını, eyni inzibati xətanı il ərzində təkrar törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə, daha ciddi xəta hesab olunan İXM-in 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs tənbehi, həmçinin İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində də inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, Şəxs qəti olaraq inzibati həbs tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə 15 gün müddətinə inzibati həbs tənbehi, İnzibati Xətalar Məcəlləsini 535.1-ci maddəsi ilə 15 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Hacıqabul şəhəri Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X22
Məhkəmə qərarları › İş №3(071)-309/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-309/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver