Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-309/2025 26.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1, qərarından şikayət verilən orqanın nümayəndəsi X2 iştirakları ilə, X1 onun barəsində Hacıqabul rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Hacıqabul rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon Polis X7 Xidmətinin əməkdaşı tərəfindən mülkiyyət hüququ ilə şikayətçiyə məxsus “Hyundai Santafe minik” markalı, “** DJ ***” dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan yolu ərazisində hərəkətdə olarkən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli, İXP seriyalı, 75643 57 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, TP726183 8 saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 30 (otuz) manat cərimə inzibati tənbehi tətbiq olunmuşdur. Bildirmişdir ki, istifadəsində olan yol xəttində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin tələblərinə tam riayət olunduğundan törədilməsinə istinad olunan inzibati xəta obyektiv cəhətdən mövcud olmamışdır. Qərardan şikayət vermiş şəxs X4 izahatında bildirmişdir ki, şikayət ərizəsini müdafiə edir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığı halda inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bildirmişdir ki, Hacıqabul rayon Yol Patrul Xidmətinin əməkdaşlarından sözügedən inzibati xətanın onun tərəfindən törədilməsini özündə əks etdirən video-görüntülərin ona təqdim edilməsini tələb etsə də, Yol Patrul Xidmətinin əməkdaşları onun bu tələbinə məhəl qoymamışdırlar. Onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan xətanın tərkibi yoxdur. Qərarından şikayət verilən orqanın nümayəndəsi Hacıqabul rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 izahatında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirmişdir. Belə ki, şəxs saxlanıldığı zaman video-çəkiliş aparılmışdır. Həmin video-çəkilişdən aydın olur ki, X4 öz təqsirini etiraf edərək tərtib edilmiş protokol və qərarla razılaşır. Şəxs barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən sürücüyə törətdiyi inzibati xəta tam şəkildə izah olunmuşdur. Məhkəmə, şikayət verilmiş Hacıqabul rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və 01 ədəd “CD” diski məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Hacıqabul rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin İ bəndinə əsasən təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. İş materiallarında olan Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 20:51-də xətanın yeri olan Hacıqabul-Şirvan yolunda “Hyundai Santafe minik” markalı, “** DJ ***” dövlət qeydiyyat nömrəli avtomobili ilə işıq cihazlarından qaydasını pozmuş və Azərbaycan Respublikası İXMnin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 30 (otuz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 01 ədəd “CD” diskdən müəyyən olunmuşdur ki, “Hyundai Santafe minik” markalı, “** DJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul-Şirvan yolunda işıq cihazından istifadə qaydasını pozmaqla hərəkətini davam etdirmişdir, həmçinin polis əməkdaşı tərəfindən X3 etdiyi qayda pozuntusu izah edilmiş, barəsində protokol tərtib ediləcəyi bildirilmiş, o, isə etiraz etməmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Hyundai Santafe minik” markalı, “** DJ ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 20:51-də X4 tərəfindən idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə tərəfindən 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş 01 ədəd “CD” diskdə olan video-görüntülərdən müəyyən edilmişdir ki, “Hyundai Santafe minik” markalı, “** DJ ***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul-Şirvan yolunda işıq cihazından istifadə qaydasını pozmaqla hərəkətini davam etdirmişdir, həmçinin polis əməkdaşı tərəfindən X3 etdiyi qayda pozuntusu izah edilmiş, barəsində protokol tərtib ediləcəyi bildirilmiş, o, isə etiraz etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-309/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-309/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver