Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-310/2021 22.09.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X5, 07.01.1983-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli; 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli; 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli; 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materiallarda göstərilir ki, Şəxs 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları Hacıqabul şəhəri Əliağa Vahid küçəsi ev 101 ünvanda küçədə qardaşı X1 nalayiq söyüşlərlə söyüb təhqir etmişdir, X2 məxsus avtomobili və mobil telefonuna 700 manat maddi zərər vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda) maddəsi; İXM-in 510cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair ayrılıqda iki ədəd protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510-cu maddələri ilə olan inzibati xəta haqqında protokollara əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün deyildir. Belə ki, hazırki işin materiallarından müəyyən edilir ki, bir hərəkətlə eyni vaxtda törədildiyi göstərilən inzibati xətalara dair bir protokol tərtib edilməli olduğu halda, onlara ayrılıqda iki ədəd protokol tərtib edilmişdir. X2 məxsus avtomobilin və mobil telefonun markasını modeli protokolda göstərilməmiş, dəymiş zərərin məbləği ayrılıqda müəyyən edilməmiş, həmin əmlakların dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onların dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Vurulmuş zərərin məbləğinin dəqiq müəyyən edilməsi İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbehin tətqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, İXM-in 232-1-ci maddəsinin sansiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin İXM-in 510-cu maddəsinin dispozisiyasında ictimai qaydanı pozan şəxsin, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etdiyi zaman xırda xuliqanlıq əməlini törətməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə materialda şəxsin ictimai qaydanı pozması ilə yanaşı özgəsinin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən hərəkətlər etməsi də göstərilir. Bu isə İXM-in 510-cu maddəsində nəzərtə tutulmuş inzibati xətanın, yəni - xırda xuliqanlıq əməlinin deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin əlamətlərinin olmasını ehtimal etməyə əsas verir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər. Lakin ilkin araşdırma aparılan zaman bu fakta hüquqi qiymət verilmədən Hacıqabul RPŞ TB-nin təhqiqatçısı X3 tərəfindən 17.09.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, protokollar düzgün tərtib olunmadığından (eyni vaxtda edilən əmələ görə iki protokol tərtib edilib), təqdim edilmiş materiallar natamam olduğundan (vurulmuş maddi zərərin dəqiq məbləği ilə bağlı mütəxəssis və ya ekspertiza rəyi), işə baxılarkən qeyd olunan nöqsanları və çatışmazlıqları, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon Polis Şöbəsinə geri qaytarılmalı, eyni zamanda Hacıqabul RPŞ TB-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 17.09.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qanuniliyinə hüquqi qiymət verilməsindən ötrü məhkəmənin qərarı məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 101, 109, 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1, 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli; 21.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon Polis Şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna göndərilsin. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-310/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-310/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver