Məhkəmə qərarları › İş №3(071)-310/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-310/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-310/2023 05.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X11 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən evlərində qardaşı X4 döyməklə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyib izahatında bildirdi ki, X8 onun doğma qardaşıdır. Emil tez-tez yaşadığı evdə həyat yoldaşı ilə aralarında münaqişə yaradaraq onu döyür. 12 iyun 2023cü il tarixdə saat 10 radələrində Bakı şəhərində yaşayan qardaşı X2 mobil telefonuna zəng edib hal-əhval tutduqda Elnur ona Emilin Bakı şəhərində onlarda olduğunu demişdir. Bundan sonra, Emilin həyat yoldaşı Günelin mobil telefonuna zəng edib danışdıqda Günel ona Emilin evdən çıxmağını tələb etdiyini demişdir. O, Sevda ilə birlikdə Şirvan şəhərinə Günelin yaşadığı evə getmiş, Güneli və azyaşlı uşaqları Ayxan və Fatiməni götürüb Hacıqabul şəhərinə yaşadıqları evə gəlmişlər. Evdə Günelin qollarının qançır olduğunu görüb ondan nə olduğunu soruşmuşdur. Günel ona 12 iyun 2023-cü il tarixdə səhər saatlarında Emilin onu döydüyünü demişdir. Həmin günü, yəni 12 iyun 2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman Elnur və Emil evə gəlmişlər. Emil pilləkəndən qalxdıqda təpiklə qapını vurub qapının şüşəsini sındırmış, Emilin ayağına düşüb kəsmişdir. Sonra Emil otağa girib Günelin harada olduğunu soruşmuşdur. Emil şalvarın kəmərini çıxarıb Güneli döymək istədikdə Elnur kəməri Emilin əlindən almışdır. Emil stolun üzərində olan “Aroma” şüşə qabını, fanta qabını, stəkanı və orada olan sərinləşdiricini qaynanası Afətə tərəf atmışdır. Sərinləşdirici Afətin sinəsinə dəymiş və yerə düşüb qırılmışdır. Həmin vaxt Emil təpiklə anası Sevdanın kürəyinə vurmuş və sonra Elnurla əlbəyaxa olmuşdur. O, Emilin hərəkətlərini görüb oxlovu götürüb Emilinin ayağına və əlinə vurmuşdur. Bunu etməkdə məqsədi isə qardaşı Elnuru və anası Sevdanı qorumaq, Emilin hərəkətlərinin qarşısını almaq olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, Şəxs isə onun bacıdır. xx.xx.2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman qardaşı Elnur ona zəng edərək onun yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən evlərinə gəlməyini tələb etmişdir. O, da Elnurgilə getmiş, orada olan zaman Elnur ona yoldaşının və uşağının harada olması barədə sual vermiş, o da Elnurun bu sözündən əsəbləşib, telefonu götürüb tez həyat yoldaşı Nəzərova Günelə, qızı Nəzərli Fatiməyə və yaşadığı evin telefonuna zəng etmişdir. Nə qədər zəng etsə də, telefonu açan olmamışdır. O, Elnurdan ailə üzvlərinin yerini deməsini tələb etmişdir. Elnur sonradan ona bildirib ki, “Hacıqabul rayonuna gedək ailə üzvlərin oradadır”. Onlar Elnurla birlikdə Elnurun avtomobilinə əyləşib ünvan 3 ünvanında yerləşən atasıgilin yaşadığı ünvana gəlmişlər. Avtomobildən birinci o düşüb evə qalxmışdır. Bundan sonra ailə üzvləri onu təhqir etməyə başlamışlar. O da əsəbləşib zalda olan sərinləşdiricini götürüb qaynanası Afətə tərəf atmışdır. Sərinləşdirici Afətə dəyib yerə düşüb qırılmışdır. Bundan sonra isə stolun ustündə olan "Aroma” şüşə butulkasını da Afətə tərəf atmış, lakin şüşə butulka ona dəyməmişdir. O həyat yoldaşı Günel və övladların digər otaqda olmasını görüb, həmin otağın qapısını təpiklə vurmuş və həmin zərbədən qapının şüşələri qırılmışdır. Qırılan şüşələr sağ ayağının baldır hissəsinə düşüb kəsmişdir. O otağa daxil olmuş və həyal yoldaşı Günelə "uşaqları götür həyətə düş” demişdir. Qardaşı Elnur həmin vaxtı onu sakitləşdirməyə çalışmış bu vaxtı Elnurla əlbəyaxa olmuşdur. Elnurla əlbəyaxa olan vaxt bacısı Şəbnəm onu arxadan əlində olan oxlov ilə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Şəbnəm onu vurduğu üçün o Şəbnəmi itələmişdir. Bundan sonra Elnur onu həyətə çıxartmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, 12 iyun 2023-cü il tarixdə saat 11:00 radələrində gəlini X1 mobil telefonuna zəng etdikdə telefonu nəvəsi Fatimə götürərək atası Emilin anası Güneli döydüyünü demişdir. O, Şirvan şəhərinə gedərək Güneli və azyaşlı nəvələri Fatimə və Ayxanı Hacıqabul şəhərinə yaşadığı evə gətirmişdir. Həmin günü saat 15:00 radələrində Emil qızı Şəbnəmə və onun mobil telefonuna zəng edərək Günelin harada olmasını soruşmuşdur. Emilə Günelin onlarda olmadığını, harada olmasından xəbəri olmadığını bildirmişdir. Həmin günü saat 17 radələrində Emil və qardaşı Elnur onlara gəlmiş, Emil evdə Güneli görüb saçından tutub yolduqda Şəbnəm onları aralaşdırmış, bu vaxtı Emil Şəbnəmin də saçından tutub yolmuş, şillə ilə Şəbnəmin sifətinə və başına bir neçə zərbə vurmuş, onu isə bir dəfə təpiklə vurmuşdur. Sonra Emil belindən kəmərini çıxarıb arvadı Güneli vurmaq istədikdə Elnur araya girmiş və onlar əlbəyaxa olmuşdur. Həmin vaxt Emil onun kürəyindən təpiklə vurmuşdur. Elnur ilə Emil əlbəyaxa olan vaxt qızı Şəbnəm oxlovu götürərək Emilin əlinə və ayaqlarına vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, X5 onun doğma anasıdır. X8 onun qardaşı, Şəxs onun bacısıdır. O, Bakı şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə Emilin Bakı şəhərində olduğunu biləndən sonra ona zəng edərək onun yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən evlərinə gəlməyini bildirmişdir. Emil onlara gələndə ona yoldaşının və uşağının harada olması barədə sual vermiş, Emil isə bu sözə əsəbləşib, telefonu götürüb tez həyat yoldaşı Nəzərova Günelə, qızı Nəzərli Fatiməyə və yaşadığı evin telefonuna zəng etmişdir. Nə qədər zəng etsə də, telefonu açan olmamışdır. Emil ondan ailə üzvlərinin yerini deməsini tələb etmişdir. Emilə “Hacıqabul rayonuna gedək ailə üzvləri oradadır” demişdir. Həmin günü, yəni 12 iyun 2023-cü il tarixdə saat 17 radələrində onlar Hacıqabul şəhərinə anası Sevdagilə gəlmiş, Emil pilləkəndən qalxdıqda təpiklə qapını vurduqda qapının şüşəsi sınıb Emilin ayağına düşüb kəsmişdir. Sonra Emil otağa girib Günelin harada olduğunu soruşmuşdur. Emil şalvarın kəmərini çıxarıb Güneli döymək istədikdə onun əlindən kəməri almışdır. Emil stolun üzərində olan “Aroma” şüşə qabını, fanta qabını, stəkanı və orada olan sərinləşdiricini qaynanası Afətə tərəf atmışdır. Sonra Emil təpiklə anası Sevdanın kürəyinə vurmuşdur. Bu zaman o, Emil ilə əlbəyaxa olmuşdur. Bu vaxt bacısı Şəbnəm oxlovu götürüb Emilinin ayağına və əlinə vurmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təhqiqat araşdırması zamanı məhkəmə-tibbi ekspertizalar keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 263 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bazuda, sağ saitdə qançırlar, sol bazu, sağ said, sağ bud nahiyyələrində sıyrıqlar. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinə gününə uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tətbiq edilmiş subutlarla müəyyən edildi ki, zərərçəkmiş şəxs X8 aralarında yaranmış münaqişə zamanı təpiklə anası Sevdanın kürəyinə vurmuş və sonra qardaşı Elnurla əlbəyaxa olmuşdur. Şəxs anası Sevdanın qardaşı Emil Nəzərov tərəfindən döyüldüyünü və qardaşı Elnur ilə əlbəyaxa olduğunu görüb, onları ayırmaq üçün oxlovu götürüb Emilinin ayağına və əlinə vurmuşdur. Həmin vaxtı Şəxs məqsədi qardaşı Emilin qanunsuz hərəkətlərinin qarşısını almaq, qardaşı Elnuru qorumaq olmuşdur. Hadisə vaxtı Şəxs Emil Nəzərovun törətdiyi əmələ adekvat hərəkət etməklə ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, zəruri müdafiə həddini aşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 53.1.4-cü maddəsinə əsasən şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar