Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-311/2024 25.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş İXP seriyalı ******* nömrəli 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində “X4” yük markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvafiq icazə olmadan çox avazlı səs siqnalı quraşdırmışdır. Bu əməlinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək baxılması üçün Hacıqabul Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsilə və “Elektron Məhkəmə” informasiya sistemindəki elektron kabinetə məhkəmə bildirişi göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPXİ-nin polis baş serjantı X2, YPXİ-nin plois baş serjantı X3 və Hacıqabul rayonu, Nəvahi kənd sakini X1 iştirakı ilə sürücü Şəxs idarə etdiyi avtomobilə quraşdırılmış çoxavazlı səs siqnalı “X7” yük markalı avtomobildən açılaraq götürülmüşdür. Aktın doğruluğu iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş materiallarında olan Şəxs Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayına verdiyi izahatda qeyd etmişdir ki, yol vərəqəsi ilə idarə etdiyi “X4” yük markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil YPX postunda YPX-nin inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı avtomobildə çoxavazlı səs siqnalı quraşdırıldığı aşkar olunmuşdur. Həmin çoxavazlı səs siqnalını satış mağazasından almışdır. Törətdiyi əməlin yanlış olduğunu və məsuliyyətini dərk etmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin Yol Patrul Xidməti Alayına verdiyi izahatından, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs idarə etdiyi “X4” yük markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdıraraq həmin avtomobili idarə etməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM-nin 32.2-ci maddəsi). Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulduğundan, inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində saxlanılan bir ədəd xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-311/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-311/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver