Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-313/2023 11.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Hacıqabul rayonu Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Hacıqabul şəhəri rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin 1 nömrəli postunun qarşısında ucadan səs-küy salmış, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, Şəxs atası Misirxan Bəhmənli xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin icraatında olan araşdırma materialı əsasında izahatı alınması üçün polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Şəxs RPŞ-nin 1 nömrəli postuna yaxınlaşaraq atasının nə üçün polisə çağırıldığını deyərək, polis əməkdaşları ilə mübahisə etmiş, həmin vaxt uca səslə səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə atasının polis şöbəsinə çağırıldığını öyrənib, onunla birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin qapı postuna yaxınlaşaraq atasının nə üçün polisə çağırıldığını soruşmuşdur. Atasının savadsız olmasını polis əməkdaşlarına bildirərək, içəri daxil olmaq istəsə də ona icazə verilməməsindən əsəbləşərək polis əməkdaşları ilə mübahisə etmişdir. Törətdiyi əmələ görə peşmandır. Himayəsində 4 yaşında xəstə uşağı vardır. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, Hacıqabul RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin 1 nömrəli postunda xidmətdə olarkən bir nəfər şəxsin əsəbi halda polis şöbəsinin həyətinə daxil olub, səs küy salaraq ondan “atamı bura niyə çağırmısınız” deyərək soruşmuş, daha sonra ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman onu nizam intizama dəvət etsə də, o öz hərəkətlərini davam etdirərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Hacıqabul RPŞ-də növbətçi köməkçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin növbətçi hissəsində xidmətdə olarkən bir nəfər şəxsin əsəbi halda polis şöbəsinin 1 nömrəli postunda polis əməkdaşları ilə mübahisə etdiyini görmüş, həmin şəxs RPŞ-nin həyətinə daxil olub, səs küy salaraq polis əməkdaşlarından “atamı bura niyə gətirmisiz” deyərək soruşmuş, bu zaman onu nizam intizama dəvət polisin qanuni tələblərinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 19:10-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-313/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-313/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver