Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-314/2024 16.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, 30 oktyabr 2024-cü il tarixdə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 290-da yaşayan X3 Azərbaycan Respublikasi DİN-in 102 xidməti zəng mərkəzinə ona məxsus kafedə münaqişə olması barədə məlumat vermişdir. 31 oktyabr 2024-cü il tarixdə Hacıqabul şəhəri, H.Z.Tağiyev küçəsi ev 290-da yaşayan X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 30 oktyabr 2024-cü il tarixdə saat 24 radələrində Hacıqabul şəhər sakini Asif adlı şəxs idarə etdiyi QAZ 2410 markalı avtomobillə Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində yerləşən ona məxsus kafenin dəmir barmaqlıqların, plastik qapısını vuraraq sındırmış, onu və oğlu Yedigarı söyüb təhqir etmiş, avtomobili onun üzərinə sürdüyünü bildirmişdir. Baş vermiş hadisə ilə bağlı QAZ 2410 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayonu Yol patrul xidməti inspektoru polis serjantı X6 izahatında bildirdi ki, sürücü Şəxs özünə məxsus avtomobil ilə geriyə hərəkət edən zaman obyektin pəncərələrini qırıb və vətəndaşa zərər vurub. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, avtomobil özünə məxsusdur. Hadisə günü axşam saatlarında o, kafeyə gedən zaman tanımadığı şəxslərlə aralarında mübahisə olmuşdur. Mübahisədən sonra çölə çıxmış və avtomobilə əyləşmişdir. Əsəbi olduğu üçün idarəetməni itirmiş və avtomobillə iki dəfə kafeyə məxsus dəmir barmaqlıqlara və plastik qapıya çırpılmışdır. O, zərərçəkmiş şəxlə görüşmüş və sınan qapının şüşələrini təmir etdirəcəyini bildirmişdir. Lakin, X3 ondan 2000 manat pul istəmiş, maddi imkanı olmadığı üçün həmin məbləğdəki pulu verə bilməyəcəyini bildirmişdir. Təxminən 200-300 manatlıq zərər vurduğu halda, zərərçəkmiş şəxs ondan 2000 manat pul istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Taryel Səfərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürəti Hacıqabul RPŞ-nin DYPB-nə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-yə verdiyi izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 24 radələrində dostu Şamxalla birlikdə oturduğu kafedə sifariş üstündə kafedə işləyən Aydan adlı qızla sözlə mübahisə olduğunu, mübahisə zamanı aralarında heç bir dava-dalaş olmadığını, buna görə kafedən çıxıb idarə etdiyi QAZ 2410 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək getmək istədiyini, həmin vaxt idarə etməni itirərərək avtomobilin qabaq hissəsinin kafenin dəmir barmaqlıqlarına və qapısına dəydiyini, idarə etdiyi avtomobili Əlniyazın və onun oğlu Yedigarın üzərinə sürmədiyini, avtomobilə dair bütün sənədlərinin olduğunu, lakin avtomobili sürmək üçün sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, QAZ 2410 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük vəsiqəsi yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəxs idarə etdiyi QAZ 2410 markalı avtomobil “Rahat Kafe” adlanan obyektin dəmir barmaqlıqların, plastik qapısını vuraraq sındırmış və toqquşma nəticəsində avtomobilə də ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci və 32.1.7-ci maddələrinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, habelə həmin şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-314/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-314/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver