Məhkəmə qərarları › İş №3(071)-316/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-316/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-316/2024 29.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, X1 barəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24584135 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X4 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24584135 saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(071)-296/2024 saylı qərardadı ilə, şikayətin forma və məzmununa dair tələblərə əməl edilmədiyi üçün, yəni xx.xx.2024-cü il tarixli, EQ24584135 protokolun nə vaxt almasını göstərmədiyindən, sadəcə ümumi olaraq protokolun ləğv edilməsini xahiş etdiyindən, bununla da onun hansı tarixli və saylı qərardan şikayət verməsini müəyyən etmək mümkün olmadığından X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ24584135 protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. X2 xx.xx.2024-cü il tarixində şikayət və müddətin bərpasına dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(071)-316/2024 saylı qərardadı ilə, X3 Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24584135 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair vəsatəti rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən və məhkəmə tərəfindən prosessual müddəti bərpasına dair vəsatət rədd edildiyindən X1 barəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24584135 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 barəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24584135 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar