Məhkəmə qərarları › İş №3(071)-319/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-319/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-319/2025 25.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Chevrolet Aveo” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə material Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞsi tərəfndən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(001)-7928/2025 saylı qərardadı ilə material baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27364978 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək ona hər bir elektron qərar üzrə 50 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (və ya onun nümayəndəsi) və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü, eyni zamanda məhkəmə iclasının təxirə salınması barədə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə müəyyən edilir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş reyestr çıxarışlardan müəyyən edilir ki, qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27364978 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunla müəyyən edilmiş müddətdə Şəxs şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmçinin yaşayış yeri üzrə ünvanına göndərilmişdir. İş materiallarında olan “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27364978 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 50 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 30 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan Şəxs xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27364978 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, Şəxs əməlində həmin protokollar üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar