Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-32/2022 23.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1977-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Hacıqabul rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyən, ailəli, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 18-də yaşayan - Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlu bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə mülki ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. 14.01.2022-ci il tarixdə Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 xidmətdə olarkən həmin silahı aşkar edərək Şəxs götürmüşdür. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X4 28.01.2022-ci il tarixdə toplanmış HK- 1/48 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsi və Şəxs götürülmüş bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə mülki ov silahının aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin X7 Baş İdarəsinə təhvil verilməsi üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs oğlunun barəsində Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Zaur Səlimov tərəfindən 22.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və qanuni tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi Z.Səlimov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və bildirdi ki, o, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayır. Bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə mülki ov silahı, mərhum ata babası X2 miras qalmışdır. Həmin silahın heç bir sənədi yoxdur. 14.01.2022-ci il tarixdə qar yağan zaman həmin silahı ov etmək üçün evdən götürüb küçəyə çıxan zaman, polis əməkdaşları ona yaxınlaşıb silahın sənədlərini istəmişlər. Silahın heç bir sənədi olmadığı üçün onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun barəsində inzibati protokol tərtib edilmiş və silah ondan alınaraq saxlanca götürülmüşdür. O, törətdiyi əməldən peşmandır, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, ona təsir göstərilməyib və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs oğlundan götürülmüş bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə mülki ov silahı müsadirə edilməklə Şəxs inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd 16 kalibrli Tula markalı “P 23024” nömrəli qoşa lülə ov silahı Azərbaycan Respublikası DİN-nin X7 Baş İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-32/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-32/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver