Məhkəmə qərarları › İş №3(071)-32/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-32/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-32/2024 30.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli və İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, “VAZ 21061” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarla müəyyən edilmiş cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 15430693 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21061” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qərarın surəti ona rəsmi qaydada həmin tarixdə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 15476580 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21061” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Qərarın surəti ona rəsmi qaydada həmin tarixdə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 15476615 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21061” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 10 manat cərimə edilmişdir. Qərarın surəti ona rəsmi qaydada həmin tarixdə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 15414833 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21061” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 10 manat cərimə edilmişdir. Qərarın surəti ona rəsmi qaydada həmin tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron portaldan çıxarışlardan görünür ki, EQ 15430693, EQ 15476580, EQ 15476615 və EQ 15414833 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar üzrə Şəxs tərəfindən cərimə məbləği dəbbə pulu ilə birlikdə dövlət büdcəsinə tam ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən EQ 15430693, EQ 15476580, EQ 15476615 və EQ 15414833 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar üzrə təyin edilmiş cərimə məbləğinin dəbbə pulu ilə birlikdə tam şəkildə ödənilməsini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli və İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar