Məhkəmə qərarları › İş №3(071)-320/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-320/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-320/2025 18.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni məzmunlu müraciəti əsasında Hacıqabul Rayon Məhkəməsinin 3(071)-203/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 3(071)-203/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətçi X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət qismən təmin edilmiş və qərar ləğv edilərək iş yenidən baxılması üçün geri göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə hesab edir ki, eyni fakt üzrə məhkəmə qərarı olduğu üçün X4 yenidən eyni halla bağlı məhkəməyə müraciət edə bilməz. Ona görə də, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar